Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Məmurlara xaricə getmək qadağan olundu

 

 

 

Ölkə başçısının imzaladığı sənədə görə, rəsmi şəxslərin xaricə səfərləri prezidentlə razılaşdırılmalıdır

 

Prezidentin razılığı olmadan məmurlara xaricə səfər etmək qadağan olunub.
    "xeberinfo.com" xarici mətbuata istinadən xəbər verir ki, Özbəkistan prezidenti vəzifəli şəxslərin xaricə səfər etmək, ezamiyyətə getmək üçün xüsusi razılığın verilməsi ilə bağlı təlimat imzalayıb.
   Ölkə başçısı İslam Kərimovun imzaladığı təlimata və qüvvədə olan qanunvericiliyə əsasən baş nazir və onun müavinləri, Senatın sədri və qanunvericilik palatasının spikeri, Ombudsman, baş prokuror, Mərkəzi bankın sədri və müavinləri, yerli icra strukturlarının rəhbərləri və digər məmurların xaricə səfərləri prezidentlə razılaşdırılmalıdır.
     Bir az aşağı səviyyəli məmurlar isə səfərlərini Nazirlər Kabinetinin razılığı  ilə xarici ölkələrə səfər edə bilərlər. 
Bundan əlavə olaraq, Konstitusiya Məhkəməsinin hakimləri və digər instansiya məhkəmələrinin hakimləri, rektorlar, properktorlar, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, xüsisi xidmət orqanlarının, Müdafiə Naziriliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumların əməkdaşlarının beynəlxalq səviyyəli tədbirlərdə iştirakı isə Prezident Aparatının müvafiq strukturları ilə razılaşdırılmalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam