Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Rusiyanın “monopoliyasına” girdi

ABŞ və Mərkəzi Asiya ölkələri tərəfdaşlıq haqqında bəyannamə qəbul edib

Xeberinfo.com:   Məlumata görə, yeni “beş üstəgəl bir” formatı yaradılıb.

ABŞ-ın xarici işlər naziri Con Kerri Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan xarici işlər nazirləri ilə Səmərqənddə müştərək bəyannaməni təsdiqləyərək, yeni “beş üstəgəl bir” (C5+1) formatını yaradıblar, svoboda.org məlumat yayıb.

Sənəddə danışıqların iştirakçılarının geniş məsələlər ətrafında sıx əməkdaşlıq etməyə niyyəti olduğu qeyd edilir. Söhbət əsasən insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən, Əfqanıstanda təhlükəsizliyin və sabitliyin dəstəklənməsinə dair fəaliyyətdən gedir.

Con Kerri Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan diplomatik idarələrin rəhbərlərini, Vaşinqtonun Əfqanıstandakı vəziyyət ilə əlaqədar Mərkəzi Asiya dövlətlərinin narahtçılığına şərik olduğuna əmin edib.

Kerrinin sözlərinə görə, ABŞ “İslam dövləti” (İŞİD) və “Əl Qaidə” terrorçu qruplaşmalarının yaratdığı təhlükəni anlayır.

Daha öncə Almaniya, Türkiyə və İtaliyanın Əfqanıstanda hərbi iştiraklarını əvvəlki səviyyədə saxlamağı qərara aldıqları məlum olub. Avropada NATO birləşmiş qüvvələrinin baş komandanı general Filipp Bridlav NATO ölkələrinin Əfqanıstanda olan təxminən 10 min Amerika hərbçisini dəstəkləməyə davam edəcəklərinə əmin olduğunu bildirib.

Buna qədər isə ABŞ-ın 2016-cı ildən sonra Əfqanıstanda öz qoşunlarını saxlayacağı barədə məlumat yayılmışdı. (Oxu.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam