Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

"Türkiyə sərhədyanı məkanını terrorçulardan tamamilə təmizləyəcək"

 

 

Türkiyə və ABŞ Suriya və İraqda terrorçularla mübarizədə birgə fəaliyyət baxımından qətiyyətlərini təsdiq edib".
Xeberinfo.com:   TASS-a istinadən xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ vitse-prezidenti Cozef Baydenlə təşkil etdiyi mətbuat konfransında deyib.
"Suriyada ünsiyyət qurulası heç kim yoxdur. Orada bizim təhlükəsizliyimiz üçün bir neçə təhdid var. Bunlar İŞİD terror qruplaşması, suriyalı kürdlərin Milli Özünümüdafiə Qüvvələridir (MÖQ). MÖQ ümumiyyətlə, nəzarəti altında olan regionlarda etnik təmizləmə əməliyyatı həyata keçirmək istəyir", - deyə Ə.Davudoğlu bildirib.
O qeyd edib ki, Türkiyənin məqsədi sərhədlərini İŞİD və digər terror qruplaşmalarından tamamilə təmizləməkdir: "Biz sərhədlərimizdə nə İŞİD-i, nə də bir hissəsi MÖQ-ün üzvü olan Kürd Fəhlə Partiyasını görmək istəyirik. Bizim üçün İŞİD, PKK, Ən-Nusra eyni şeydir. İraqda olmağımızın səbəbi də yalnız İŞİD-lə mübarizə aparmaqdır".
Türkiyə daxilində PKK-ya qarşı mübarizə ilə bağlı sualı cavablandıran baş nazir "terrorçular silahı yerə qoyub respublikanı tərk etməyənə qədər bu mübarizə davam edəcək" söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam