Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BMT TŞ İrana qarşı bir neçə məhdudiyyəti 10 il müddətinə saxladı

30

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın “altılıq” ilə əldə olunan saziş üzrə müddəaları yerinə yetirməsi barədə yazılı təsdiqi BMT Təhlükəsizlik Şurasına təqdim edilib.
Xeberinfo.com:   Məlumata görə, qeyd olunan prosedur 2006-2010-cu illərdə İrana qarşı sanksiyaların tətbiqinə dair BMT TŞ-də qəbul olunan bütün qətnamələrin ləğv edilməsini nəzərdə tutur.
BMT TŞ-in iyulun 20-də İranın nüvə proqramı üzrə sazişin dəstəklənməsinə dair qəbul etdiyi 2231 saylı qətnaməsinə əsasən, AEBA-dan müvafiq bildiriş daxil olduqda, 2006-2010-cu illərdə İrana qarşı sanksiyaların tətbiqi barədə qəbul olunan bütün qətnamələr ləğv edilir.
Qeyd edək ki, 2231 saylı qətnamə əvvəlki sanksiya rejiminin əvəzinə bəzi məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutur.
Belə ki, İrandan silah ixracına qoyulan qadağa bundan sonra beş il, ölkəyə nüvə texnologiyaların verilməsinə qoyulan qadağa isə 10 il davam edəcək.
Bundan başqa, İrana 8 il müddətində nüvə başlığı daşıya biləcək ballistik raketlərin istehsalından imtina etməsi tövsiyə edilir.
Qeyd olunan qətnamədə, İranın sövdələşməni pozduğu halda, əvvəlki məhdudiyyətlərin tətbiqinin bərpa edilməsi mexanizmi nəzərdə tutulub.

Qeyd edək ki, BMT TŞ-in beş daimi üzvü 2025-ci ildə sanksiyaların tətbiqinin bərpası mexanizminin daha 5 il müddətə uzadılması məsələsinə təkrar baxılmasına dair artıq razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam