Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"İŞİD Suriya və Türkiyəyə neft satır"

 

ABŞ maliyyə nazirinin terrorla mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Adam Shubin "İslam Dövləti" tərəfindən idarə olunan ərazilərdən neft ixracının detallarını açıqlayıb.

Xeberinfo.com:  Onun dediyinə görə, İŞİD qruplaşması hər ay 40 milyon dollar dəyərində neft satır. Bu neftin əksər hissəsini Suriya hökuməti alır, bir hissə isə Türkiyəyə gedir.

"İŞİD neftin çox hissəsini Bəşər Əsəd rejiminə satır" - deyə A.Shubin Londonda "Chatham House" Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında bildirib.

"Suriya hökuməti və "İslam Dövləti" bir-birini məhv etməyə çalışır, amma eyni zamanda milyonlarla dollar həcmində ticarət əlaqələri var" - ABŞ rəsmisi qeyd edib.

Onun dediyinə görə, Əsəd rejimi və İŞİD-in neft alverindən əldə etdiyi gəlir kifayət qədər çoxdur.

A.Shubin onu da deyib ki, neftin bir hissəsi Türkiyə sərhədləri vasitəsilə ötürülür, xüsusən də Kürdüstan ərazisindən keçməklə. Neftin müəyyən bir hissəsini İŞİD İraqa satır, qalanını isə öz ehtiyacları üçün istifadə edir.

A.Shubinin dediyinə görə, "İslam Dövləti"nin hər il neftin "qara bazarı"ndan əldə etdiyi gəlir 500 milyon dollardır. Bunun üzərinə Suriya və İraqda ələ keçirilmiş neft anbarlarından götürülən gəliri də gəlsək, illik məbləğ 1 milyard dollara çatır.

"Bizim qiymətləndirməmizə görə, "İslam Dövləti" daha çox mənfəəti neft quyularının istismarından götürür" - ABŞ rəsmisi bildirib.

Onun dediyinə görə, bu cür quyular müxtəlif rayonlarda yerləşdiyindən, mərkəzləşdirilmədiyindən "İslam Dövləti"nə lazımi səviyyədə təzyiq göstərilə bilmir.

A.Shubin Türkiyəni Suriya ilə sərhədlərinə daha ciddi nəzarət etməyə çağırıb.

"Şübhəsiz ki, belə olan halda Türkiyənin sərhədlərini bağlaması əsas komponent ola bilərdi. Hesab edirik ki, bu istiqamətdə Türkiyə əlindən gələni edəcək" - A.Shubin deyib.

Bundan öncə Rusiya da Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğan və ailəsini "İslam Dövləti" ilə qanunsuz neft alverində ittiham edib. Buna cavab olaraq Ərdoğan deyib ki, İŞİD-lə neft alverinə Türkiyə yox, ikili - həm Rusiya, həm də Suriya vətəndaşlığı olan bir şəxs nəzarət edir.

A.Shubinin açıqlamasından çıxan nəticə isə odur ki, həm Rusiya, həm də Türkiyə həqiqətin yalnız onlara sərf edən hissəsini açmağa üstünlük veriblər ("Azadlıq" radiosu).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam