Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Putinin yalanı ifşa olundu

67433243-DBFB-4F04-8CFC-AF4DFA4F50AF_w268_r1

İraq kürdləri Rusiya Müdafiə Nazirliyinin İslam Dövləti adlanan təşkilatın ayağına yazdığı neft avtosisternlərinin onalara aid olduğunu bildiriblər

Xeberinfo.com:   İraq Kürdüstanının rəsmiləri Rusiya Müdafiə Nazirliyinin İslam Dövləti adlanan təşkilatın ayağına yazdığı neft avtosisternlərinin kürdlərə aid olduğunu bildiriblər.
Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi guya İŞİD neftinin Türkiyəyə daşınmasını göstərən peyk fotoşəkillərini və xəritələrini nümayiş etdirmişdi.
İraq Kürdüstanı parlamentinin energetika komitəsinin rəhbəri Şerko Cavdat Anadolu agentliyinə deyib ki, bu avtosisternlər doğrudan da Türkiyəyə neft daşıyır, lakin kürd muxtariyyətinin rəhbərliyi bunu heç vaxt gizlətməyib.
Cavdat deyib ki, avtosisternlərin daşıdığı neftin İslam Dövləti adlandırılan təşkilata heç bir aidiyyəti yoxdur. O əlavə edib ki, kürd qüvvələri elə bu təşkilata qarşı döyüşürlər.
Rusiya Müdafiə Nazirliyinin iddialarını İraq Kürdüstanı prezidentinin mətbuat katibi də təkzib edib.
Moskva iddia edirdi ki, Suriyadan cihadçıların nəql etdiyi oğurluq neftin alış-verişi ilə prezident Erdoğanın ailəsi məşğul olur.

Neft olmağına neftdir, amma

Rusiya Müdafiə Nazirliyinin nümayiş etdirdiyi “dəlil” fotolarda həqiqətən də İraq Kürdüstanının ərazisi ilə Türkiyə istiqamətində gedən avtosistern karvanı görünür.

91BA6BB1-25C5-47C2-8B47-C5335C7184B9_mw1024_s_n
Ruslar iddia edirdilər ki, bu avtosisternlər İŞİD qruplaşmasına aiddir.
Türkiyə prezidenti Recep Tayyib Erdoğan Moskvanın irəli sürdüyü ittihamların doğrulacağı təqdirdə istefaya gedəcəyini vəd etmişdi.
Bunun ardınca, Türkiyə prezidenti İŞİD neftini satmaqda Rusiyanı və Assad hökumətini ittiham edib.
O deyib ki, İŞİD neftinin ən böyük müştərisi Assad hökumətidir və nefti Rusiya vətəndaşlığı olan biznesmen satır. /”Azadlıq” radiosu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam