Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İŞİD-lə neft alverini Putin rejimi edir”

kasparov-300x185

 

Rusiya müxalifət lideri, şahmat üzrə keçmiş Dünya çempionu Harri Kasparov Rusiya prezidenti Vladimir Putinin münaqişələr yolu ilə öz imicini gücləndirmək istədiyini deyib. 

 

Xeberinfo.com:    “Obozrevatel” internet dərgisinə müsahibədə Kasparov Kremlin Suriya siyasəti ilə bağlı fikirləri ilə bölüşüb.
O deyib ki, sentyabr ayında Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bombardmanların hədəfinin İŞİD olmadığını aydındır. “Məlum olduğu kimi Əsəd ordusu İslam Dövləti qrupuna qarşı mübarizə aparmır, sadəcə birbaşa ondan neft alır”-deyə Kasparov bildirib.
Müxalifət liderinin sözlərinə görə, Ukraynada əməliyyatlara bir qədər ara verən Putin yeni “macəra” axtarışındadır. “Putinin əslində, variantları o qədər çox deyil. Gürcüstan, yoxsa Azərbaycan? Azərbaycan belə görünür, Kremlin diktəsi ilə razılaşmağa hazırdır, çünki Əliyev başa düşür ki, Putinin aqressiyası qarşısında onu heç kəs müdafiə etməyəcək”-deyə o bildirib.
Kasparovun sözlərinə görə, Putin Rusiyanın sərhədlərində xaciri siyasət maraqlarının kəsişdiyi, neft və qaz olan bir yer axtarırdı.
Rusia müxalifətçisi Moskva və Ankara arasında Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra münasibətlərin gərginləşməsinə gətirib çıxaran insidentə müsahibədə geniş yer verib.
“Tamamilə aydındır ki, Rusiya komandanlığından pilotlara xəbərdarlıqlara əhəmiyyət verməmək haqda əmr verilib. Kreml beləliklə, Rusiya təyyarələrinin Baltik ölkələr, Böyük Britaniya və hətta ABŞ-ın hava hövzəsini pozduğu zaman aylardır NATO-nu sınağa çəkməyin nəticələrini görür. O zaman təyyaərləri nəzakətli şəkildə çıxarırdılar, Rusiya pilotları isə özlərini heç nə eşitməmiş kimi göstərirdi. Lakin Türkiyədə cavab fərqli oldu”-deyə Kasparov bildirib.
İnsidentdən sonra Rusiya prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla Türkiyəni İslam Dövləti qrupu ilə qeyri-qanuni neft ticarəti aparmaq ittiham edib. Prezident Ədoğan Rusiyanın bu ittihamlarını qətiyyətlə rədd edib.
Kasparov ABŞ-ın Maliyyə nazirliyinin Suriyaya dair noyabrın 25-i tətbiq edilmiş sanksiyalara əsaslanaraq, Əsəd rejimi və İslam Dövləti qrupu arasında Rusiya bankı vasitəsilə neft ticarəti aparıldığını deyib.
Obama administrasiyası Suriya hökumətini İslam Dövləti qrupundan neft almaqda ittiham edərək, bu transiyaların keçirilməsində vasitəçilik edən Suriya və Rusiya vətəndaşı Corc Hasvaninin adını qara siyahıya salıb. Birləşmiş Ştatların Maliyyə nazirliyi eyni zamanda, Suriyanın mərkəzi bankına Rusiya, Kipr və Belizdə yerləşən internet şirkətləri vasitəsilə Suriyaya qarşı sanksiyaları ötməkdə şübhəli bilinən Rusiya və Kiprin iş adamları və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar siyahısında adı olan şəxslərdən biri Rusiyanın Kalmıkiya Muxtar Federal Respublikasının keçmiş prezidenti Kirsan İlyumjınovdur. O, uzun illərdir Dünya Şahmat Federasiyasının prezidenti olub.
“Məndə bu, təəccüb doğurmadı. Mən uzun illərdir deyirəm ki, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən nəzarət edilən FİDE İlyumjanovun fəaliyyətləri üçün bir örtük olub. Bu sənəd İlyumjınovun FİDE-də FSB-nin və yuxarıdan əmrləri yerinə yetirdiyi 20 illik “ləkəsiz” xidməti ilə məntiqi baxımdan uyğundur”-deyə Kasparov müsahibəsində bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam