Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Putinin sərvətləri hədəf alınmalıdır –Kasparovdan şok açıqlama

kasparov-300x185

Şahmat üzrə keçmiş dünya çempionu və hazırda ABŞ-da yaşayan Rusiya dissidenti Qarri Kasparov xəbərdarlıq edib ki, prezident seçilmiş Donald Tramp kursu dəyişməyib, Vladimir Putinin qarşısını almasa, dünyanı “çox qaranlıq günlər gözləyir”.

Xeberinfo.com:    Yahoo News-a müsahibə verən Kasparov deyib ki, Putin və xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla onun yaxın köməkçiləri Trampın prezidentliyini səbirsizliklə gözləyirlər, çünki onlar hesab edir ki, Tramp Rusiya ilə əlverişli sövdələşmələrə gedərək, Moskvanın nüfuz dairəsini genişlətməsinə imkan verəcək.

“Onlar Trampdan hər şey gözləyirlər. Onlar hesab edir ki, Tramp hər şeyi dəyişəcək və Putinin tələblərinə güzəştə gedəcək, həmçinin Krımın işğalını tanıyacaq”- deyə Kasparov bildirib.

O əlavə edib ki, Rusiya prezident seçilmiş Trampın NATO-nun rolunu zəiflədəcəyini və “Baltikyanı ölkələri qurban verəcəyini” hesab edir.

“Mən bunu cinayət hesab edirəm. Əgər ABŞ balansı bərpa etmək niyyətində olmasa, bizi çox qaranlıq günlər gözləyir”- deyə Kasparov əlavə edib.

Qarri Kasparov müsahibədə bildirdiyi kimi, həyatı təhlükədə olduğu üçün bir neçə il bundan əvvəl Nyu-York şəhərinə köçüb.

O, ABŞ hökumətini əvvəlli ölçülərdən daha ciddi tədbirlər görməyə çağırıb. Prezident Obama Rusiyanın 35 diplomatının ölkədən çıxarılması və hərbi kəşfiyyat orqanlarını dörd yüksək səviyyəli nümayəndəsinə qarşı sanksiyaların tətbiqi haqda göstəriş verib.

“Putinin sərvətləri hədəf alınmalıdır. Rusiyadan nə qədər pul oğurlandığını göstərmək lazımdır. Amerika kəşfiyyatı bu pulların harada saxlandığını dəqiq bilir. Onlar Putin hakimiyyətinin özəyini-onun rus oliqarxlarının Rusiyadan çıxardığı yüz milyardlarla dollarla manipulyasiya etmək qabiliyyətini hədəf almaq lazımdır. O bu vəsaitlərdən gizli əməliyylatlarını aparmaq üçün istifadə edir. Onun dərsini vermək lazımdır.”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam