Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Həbs olunan vitse-prezident erməni mafiyası ilə bağlı imiş

Maldiv Respublikasının dövlətə xəyanət ittihamı ilə həbs olunan vitse-prezidenti Əhməd Ədibin məşhur “Artur qardaşları qalmaqalı”na bağlılığı üzə çıxıb.

"Xeberinfo.com":   Məlumata görə, virtualaz.org saytı xəbər verir ki, Maldiv prezidenti Abdulla Yaminə sui-qəsd hazırlamaqda şübhəli bilinən Ə.Ədibin həbsi xəbəri oktyabrın 24-də yayılıb.

Ə.Ədibin “Artur qardaşları” ilə birgə fotosu yayılıb. Fotoşəkil 2013-cü ildə keçirilmiş ralli yarışlarının birində çəkilib. Ə.Ədib o zaman Maldivin turizm naziri postunu tuturdu.

Bu məlumat yayılan kimi Ə.Ədib Artur Sərkisyan və Artur Markaryan adlı ermənilərlə şəxsi münasibətlərinin olması barədə deyilənləri dərhal təkzib etmişdi. Nazir bildirmişdi ki, Sərkisyanla Markaryan ondan vaxtı keçmiş vizalar problemini həll etməyi xahiş ediblər, o da turizm naziri olaraq onlara kömək edib. Ə.Ədib onu da vurğulamışdı ki, o, bu iki erməni ilə ralli yarışı zamanı tanış olub və onların kriminal fəaliyyəti barədə heç bir məlumatı yoxdur.

Yada salaq ki, “Artur qardaşları”nın adı Keniyada qızışan narkotik qalmaqalında keçib. Lakin bu iki erməni mafioz o zaman Keniyanı çox müəmmalı şəkildə tərk etməyə, məsuliyyətdən yayınmağa nail olmuşdular.

Erməni mafiozlar daha sonra Maldivdə peyda olmuş və bu ölkənin turzim naziri Ə.Ədib və müdafiə naziri Məhəmməd Nazimlə əlaqə yaratmışdılar. “Artur qardaşları”nın bu nazirlərlə birgə fotoşəkilləri Maldivdə böyük qalmaqal doğurub. Məsələ hətta ölkə parlamentində müzakirəyə çıxarılıb. Bir çox deputatlar erməni mafiozlarının Maldiv Respublikasına böyük təhlükə olduğunu bəyan ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam