Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Suriya məsələsində Rusiya ilə əməkdaşlığa hazırlaşmırıq"

 

Pentaqonun rəhbəri Eşton Karter Rusiyanın Suriyadakı siyasətini “zərərli və destabilizasiya yaratmağa yönəlmiş siyasət” adlandıraraq bunun qarşısını almaq üçün bütün lazımi addımları atacaqlarını bəyan edib.
"Xeberinfo.com": Məlumata görə, Pentaqon rəhbəri bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsini təcrid girdabına salıb və bu vəziyyəti yalnız öz siyasətində kardinal dəyişiklik edərək dəyişə bilər. “Biz Rusiyanın zərərli və destabilizasiyaya yönəlmiş təsirinin, onun təcavüz və məcburetmə siyasətinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq”, - deyə o Suriya və Ukraynada baş verənləri nəzərdə tutaraq söyləyib.
 
Eşton K. Rusiyanın Suriyada “yalançı strategiya” ilə çıxış etdiyini və Bəşər Əsədə dəstək verdiyini vurğulayaraq Moskva ilə bu məsəldə əməkdaşlıq etməyə hazırlaşmadıqlarını diqqətə çatdırıb.   
 
Xatırladaq ki, ABŞ Rusiyanın baş naziri Dmitri Medvedevin rəhbərliyi ilə bu ölkə nümayəndə heyətini qəbul etməkdən imtina edib. Səfər zamanı iki dövlət yüksək səviyyədə Suriya məsələsini müzakirə etməli idi. Ağ Evin mətbuat katibi Coş Ernest bunu “Moskvanın “İŞİD”lə mübarizəyə töhfə vermək istəməməsi” ilə izah edib. O qeyd edib ki, Rusiyanın Suriyada öz gündəmi var.
APA

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam