Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ankarada terror: 86 ölü, 186 yaralı- VİDEO

 

“Ölənlərin sayının artacağından qorxuruq”

"Xeberinfo.com":  Bu saata olan son məlumata görə, Türkiyə paytaxtındakı iki güclü partlayış nəticəsində ölənlərin sayı 90-a çatmaq üzrədir.

Türkiyə KİV-i ölkənin səhiyyə naziri Mehmet Müəzzoinoğluna istinadən xəbər verirlər ki, Ankaranın dəmiryol stansiyasındakı terror aktları 86 nəfərin həyatına son qoyub.

 

186 nəfər isə yaralıdır və onların çoxunun vəziyyəti ağırdır.

***

Məlumata görə, Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 47-ə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Hürriyet” qəzetinə Ankaranın Baş prokuroru Harun Kodalak bildirib.
Baş prokurorun sözlərinə görə, 30 nəfər hadisə yerində, 17 nəfər isə xəstəxanalarda dünyasını dəyişib.
“Xəstəxanaya yerləşdirilən yaralıların bir çoxunun vəziyyəti kritikdir. Ölənlərin sayının artacağından qorxuruq”, – deyə H. Kodalak bildirib.

* * *

Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində azı 30 nəfər ölüb, 126 nəfər yaralanıb.
APA-nın xəbərinə görə, bu rəqəmləri Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb.
Partlayışlar “Əmək, barış və demokratiya” mitinqi keçirmək üçün Ankara dəmir yolu stansiyası önündən Sıhhiye meydanına doğru yürüşə keçmək istəyən kütlənin Gənclik Parkında toplanması zamanı törədilib. Terrorun insanlar halay çəkərkən (yallı) kamikadze tərəfindən törədildiyi bildirilir, ətrafda cəsəd parçaları var. Əraziyə çoxlu sayda təcili yardım maşını göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara daşınıb.
Hadisədən sonra Türkiyə rəhbərliyi və siyasi liderlər öz gündəlik proqramlarını ləğv ediblər. Baş nazir Əhməd Davudoğlu daxili işlər və səhiyyə nazirlərindən hadisə ilə bağlı məlumat alıb. O, qarşıdakı 3 gün ərzində Kayseri, Trabzon və Şanlıurfada planlaşdırılan seçki təbliğat mitinqlərini ləğv edib. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı proqramını ləğv edərək paytaxta dönməyə qərar verib. CHP lideri Kamal Kılıçdaroğlu, HDP liderləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da mitinq proqramlarını ləğv edərək Ankaraya dönmək qərarına gəliblər.
Qeyd edək ki, Türkiyənin bir sıra həmkarlar təşkilatları bu gün Ankarada “Əmək, barış, demokratiya” devizi ilə mitinq təyin ediblər. Aksiyaya əsasən müxalif fikirli və sol yönümlü vətəndaşların qatılacağı gözlənilirdi.

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam