Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səudiyyənin Məkkədəki ölü sayını gizlətdiyi təsdiqlənir

 

Səudiyyə Ərəbistanının  Məkkə faciəsində həlak olan zəvvarların həqiqi sayını gizlətdiyi, deyəsən, öz təsdiqini tapmaq üzrədir.

"Xeberinfo.com":   Məlumata görə, Pakistan  rəsmiləri  rəsmi Riyadın kimliklərini müəyyənləşdirmək üçün1100 ölünün foto-şəkilini  onlara göndərdiyini bildirib. Hindistanın xarici naziri Suşma Suaraj da bu faktı təsdiqləyib. Nazir rəsmi “Twitter” səhifəsində Səudiyyə Ərəbistanının faciədə ölən 1090 hacının şəkillərini yaydığını yazıb.  

Qeyd edək ki, rəsmi Riyadın açıqlamasına görə, hadisədə 769 zəvvar dünyasını dəyişib, 934 nəfər isə yaralanıb. Pakistan və Hindistan rəsmilərinin verdiyi məlumatlar isə bu rəqəmin ən azı 1100 nəfər olması gərəkdiyini göstərir.

İran rəsmiləri rəqəmin daha böyük olduğunu düşünürlər. Ölkənin Həcc və Ziyarətlər idarəsinin rəhbəri Səudiyyə Ərəbistanını bu rəqəmi bilərəkdən az göstərməkdə ittiham etmişdi. İran rəsmisinin açıqlamasına görə, faciədə, ən azı, 4 min 700 hacı ölüb.

Əgər bu deyilənlər rəsmən etiraf olunarsa, bu il Məkkədə baş verən faciə həcc tarixinə ən qara səhifə kimi düşəcək. Çünki indiyə qədərki ən çox can alan faciə 1990-cı ildə qeydə alınmışdı. Həmin il tuneldə  kondisionerin işləməməsi üzündən 1500-dən artıq adam həyatla vidalaşmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam