Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Praqa meriyası Yanukoviçi qəbul etmir

 
    "xeberinfo.com":Çexiyanın paytaxtı Praqanın meriyası Ukrayna prezidenti Viktor Yanukoviçin səfərinin təşkilində iştirak etməyəcək. Çexiya paytaxtının meri Tomaş Qudeçek onu şəhərdə görmək istəmədiyini bəyan edib. Əldə etdiyimiz məlumata görə, bu barədə RBK agentliyi xəbər yayıb.
     T.Qudeçek bildirib: "Vatslav Havelin adını daşıyan aeroportda məhz prezident Yanukoviçin yerə enməsi absurddur. Əgər Ukraynanın dövlət başçısı Praqaya gələrsə, şəhər hakimiyyəti adətən belə hallarda olduğu kimi tədbirlər görməyəcək, eləcə də Yanukoviç şəhərin bələdiyyə binasına dəvət edilməyəcək".
    Qeyd edək ki, Praqada Çexiyanın onlarla ictimai xadimi, şairlər, kinorejissorlar və məmurlar Yaukoviçin səfərinə qarşı çıxış edirlər. Onları məhz nəyin qane etmədiyi dəqiqləşdirilmir.
    T.Qudeçek görüş əvəzinə Maydanda etiraz nümayişlərinin iştirakçılarına "İnsan darda" təşkilatı vasitəsilə 500 min çex kronu (bir ABŞ dolları 20,36 çex kronuna bərabərdir) göndərmək niyyətindədir. O, artıq bir həftə əvvəl Ukraynada "etirazlar zamanı məqsədli şəkildə təqiblərin qurbanlarının" və onların ailələrinin hesabına pul köçürüb.
    Yanukoviçin Çexiyaya rəsmi səfəri 2014-cü ilin aprelinə planlaşdırılıb. Çexiya prezidentinin dəvəti ilə həyata keçirilməli olan səfər zamanı "Şərq tərəfdaşlığı" proqramına həsr edilmiş mini-sammit də keçirilməli idi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam