Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukraynada gərginlik səngimir

 

Ukrayna Ali Radası yanında baş verən toqquşma əsnasında partlayış olub. 

"Xeberinfo.com":    RİANovosti-yə istinadən xəbərə görə, Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsindən sonra baş verən toqquşmada partlayış baş verib. 

Verilən məlumata görə, toqquşma nəticəsində 15 hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb. Onlardan 6-7 nəfərin vəziyyəti ağırdır. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib. Hazırda Kiyev polis idarəsinin rəisi Aleksand Tereşuk hadisə yerindədir.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Facebook səhifəsində toqquşma zamanı qumbaradan istifadə edildiyini qeyd edib:
“Elə indicə Ali Radanı qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına döyüş qumbarası atıldı.Milli Qvardiyanın bir neçə hərbçisi ağır yaralanıb. Onların həyatı təhlükədədir”. 

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Petro Poroşenkonun təklifi ilə Ukrayna Parlamenti ölkə Konstitusiyasının mərkəzləşdirmə hissəsinə dəyişiklik edilib. Dəyişiklik layihəsi Ali Radanın blok edilmiş trubunasında həyata keçirilib. “Radikal Partiya”nın deputatları fraksiya başçılarının çıxışı zamanı “bıabırçılıq” deyə qışqırıblar və sirenadan istifadə ediblər. Bu yolla onlar parlamentarilərin prezident layihəsini dəstəkləyən çıxışlarına mane olmaq istəyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam