Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Çinə sanksiya tətbiq etməyə hazırlaşır

 

Barak Obama administrasiyası kiber hücumlar vasitəsilə milyonlarla amerikalının şəxsi məlumatlarının oğurlanmasında günahkar olan Çin şirkətləri və sahibkarlarına qarşı iqtisadi sanksiyalar paketi hazırlayır.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə “The Washington Post” məlumat yayıb. Qəzet yazıb ki, qəti qərar yaxın iki həftə ərzində veriləcək.
Ağ Ev xəbəri şərh etməyib. Lakin administrasiyadakı adı açıqlanmayan mənbə bu addımın həm Çin, həm də amerikalı iş adamları üçün siqnalı olacağını deyib: “Pekinə administrasiyanın iqtisadi casusluqla mübarizə aparmaqda qərarlı olduğuna dair, özəl sektora isə “biz bir komandayıq” mesajı veriləcək”.
Daha əvvəl Ağ Evin mətbuat xidmətinin rəhbəri Coş Ernest keçirdiyi brifinqdə bu məsələnin B. Obama ilə onun çinli həmkarı arasında müzakirə ediləcəyini söyləmişdi: “Şübhəsiz, prezident çinli həmkarı ilə əvvəlki görüşlərində olduğu kimi, Çinin kiber məkandakı fəaliyyətlərindən narahatlıq ifadə edəcək”.
Xatırladaq ki, ABŞ çinli hakerləri dövlət idarələrinin kompüter sistemlərinə müntəzəm müdaxilədə günahlandırır. Ən ciddi insident isə hakerlərin Planlaşdırma və İdarəetmə Departamentinin məlumat bazasına müdaxiləsi olub. Nəticədə keçmiş dövlət qulluqçuları da daxil olmaqla, 25 milyona yaxın insanın şəxsi məlumatları oğurlanıb.

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam