Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə 2 mindən çox adam saxlanılıb

 

Türkiyə polisi “İslam Dövləti”, “Kürdistanın İşçi Partiyası” (KİP) və “Xalqın Azadlığı İnqilab Cəbhəsi”nə qarşı istiqamətlənmiş əməliyyatlar zamanı təxminən 2,6 min nəfəri saxlayıb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Türkiyənin Moskvadakı səfirliyindən bildirilib.   

“Bu günə qədər 47 vilayətdə aparılan əməliyyatlar zamanı 2598 nəfər saxlanılıb, onların içində xarici dövlətlərin vətəndaşları da var”, - Türkiyənin RF-dakı səfirliyindən çərşənbə axşamı “İnterfaks”a bildiriblər.

Oxu.Az səfirlik nümayəndəsinin sözlərinə istinadən xəbər verir ki, əməliyyatlar İD vasitəçilərinin şəbəkəsinin, təxribatçıların və hər hansı aksiyalar keçirə biləcək özəklərin, eləcə də yaraqlıların zərərsizləşdirilməsinə yönəlib:

“Son aylarda İD və digər radikal ruhlu qruplara qarşı ilk əməliyyatlar zamanı 600 nəfər saxlanılıb, onlardan 100 nəfəri həbs edilib. Son əməliyyatlar nəticəsində İD ilə əlaqədə şübhəli bilinərək saxlanılan şəxslərin sayı 130 nəfər olub. Onların ikisinin terrorist-kamekadze olduqlarına dair şübhə olub. Bu əməliyyatlar davam edir”, - agentliyin həmsöhbəti bildirib.

Diplomatik nümayəndəliyin əməkdaşı qeyd edib ki, Türkiyə İD və KİP Suriya və İranda yerləşən mövqelərinə qarşı hərbi əməliyyatlar aparır.

Onun sözlərinə görə, BMT və digər təşkilatlar bu əməliyyatlara dair mütəmadi olaraq məlumat alırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam