Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

11 polis həbs edildi

 

Türkiyədə iyulun 22-də həyata keçirilən əməliyyatlar zamanı saxlanılan 49 polis əməkdaşından 11-i həbs edilib.

   "Xeberinfo.com": İstanbul 1-ci Sülh Cəza Məhəkəməsi Türkiyədə “paralel dövlət” iddiası ilə həyata keçirilən əməliyyatlar zamanı saxlanılan 49 polis əməkdaşı haqqında qərarını elan edib.

Aralarında İstanbulun keçmiş Terrorla Mübarizə İdarəsinin müdiri Yurd Atayunun da olduğu 11 nəfər həbs edilib. 38 nəfər isə sərbəst buraxılıb. Onlardan 8 nəfərinə ölkədən kənara çıxmaq qadağan edilib. Həbs edilən 11 nəfər dövlətin gizli qalması lazım olan məlumatlarını cəsusluq məqsədiylə əldə etmək və rəsmi sənədlərdə saxtakarlığa yol verməkdə günahlandırılırlar.

Qeyd edək ki, saxlanılan polislər “Gülən camaatı”na yaxın olan şəxslərdir. Həmin polislər ötən ilin dekabr ayının 17-də Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarında iştirak etmişdilər.

Həmin əməliyyatlar 3 nazir övladı olmaqla bir çox vəzifəli şəxslərə qarşı edilmişdi. Ərdoğan hökuməti sonradan həmin şəxslərin günahı olmadığını əsas gətirərək sərbəst buraxmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam