Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Erməni deputatlar Qarabağa dincəlməyə gəlirlər

 

Azərbaycanda olduğu kimi, Ermənistan parlamentinin də üzvləri yay tətilinə çıxıblar.

"Xeberinfo.com":   Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, onların əksəriyyəti respublika ərazisində, bəziləri Azərbaycanın işğal edilmiş ərazisində - Qarabağda dincəlməyə üstünlük verəcəklərini söyləyiblər. 
Bununla bağlı aparılan sorğuya cavabında yalnız deputat Eduard Şarmazanov, ənənəvi olaraq, Yunanıstana, oradakı qohumlarının yanına gedəcəyini bildirib. Daşnaksütyun Partiyasından deputat olan Artsvik Minasyan 7 gününü Qərbi Ermənistanda keçirəcək.

Deputat-müğənni Şuşan Petrosyan hər il olduğu kimi, 1980-ci ildən bəri davam edən ənənəni pozmayaraq Şorjedə istirahət edəcəyini bildirib.

Hakim Respublika Partiyasının parlament fraksiyasının üzvü Ovannes Saakyan yayın çoxdan gəlməsinə baxmayaraq, hələ də kostyumdan cinsə keçə bilməməsindən gileylənərək, respublika ərazisində dincələcəyini qeyd edib.

Həmin partiyanın sədr müavini Qaqik Melikyan doğma kəndində istirahət edəcək: “Doğma kəndimdə dincələcəyəm, sizi Berd rayonunun Şamşaddin kəndinə dəvət edirəm”.

“Orinats Erkir”in parlament fraksiyasının katibi Mqer Şahqeldyan harada istirahət edəcəyi ilə bağlı suala cavab verməyə çətinlik çəkib: “Ondan başlayaq ki, bir qayda olaraq, mən az istirahət edirəm. Əgər dincələcəyəmsə, ehtimal ki, bu – Cermux, Dilican, Tsaxkadzor, Qarabağ olacaq”.

“İrs” Partiyasının parlament fraksiyasının deputatı Zarui Postandjyan bu yay heç yerə getməyəcəyini bildirib: “Mən artıq dincəlmişəm və Yerevanda olacağam”.

Respublika Partiyasının digər deputat üzvü, general Manvel Qriqoryan “Erkpap” könüllülər ittifaqının gənc nümayəndələri ilə ənənəvi olaraq Sevan gölünün ətrafındakı düşərgəyə yollanacaq.

Hakim partiyanın digər üzvü Samvel Aleksanyan Tsaxkadzorda istirahət edəcəyini deyib: “Bunu ona görə edirəm ki, pulumuz respublika ərazisindən kənara çıxmasın”.

“Orinats Erkir” fraksiyasının üzvü Ovannes Marqaryan doğma Gümrüdə dincələcəyini vurğulayıb.

“Çiçəklənən Ermənistan” Partiyasından deputat Tiqran Urixanyan dincəlmək üçün cəhd etdiyini deyib: “Baxaq, görək necə alınır. Normal istirahət üçün böyük fəaliyyət tələb olunur”.

Həmin partiyanın parlament fraksiyasının rəhbəri Naira Zoqrabyan bu il məlum səbəbdən dincəlməyə getməyəcəyini bildirib. Onun fikrincə, buna səbəb partiyada görüləsi işlərin həddindən artıq çox olmasıdır. Bununla belə, ailəsi istirahət üçün dəniz sahilini seçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam