Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“WikiLeaks“ qalmaqalı: Almaniyada kimlər izlənilirmiş?

 

1990-cı illərdən başlayaraq, ABŞ Angela Merkel və daha 69 nəfərin telefon danışıqlarını dinləyib

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti `WikiLeaks` mənbələrinə istinadla xəbər yayıb.
İzlənmə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (ANB) və Britaniya kəşfiyyatı tərəfindən birgə həyata keçirilib. İzlənilənlərin çoxu nazirlər, xüsusilə də müxtəlif dövrlərdə maliyyə naziri postunu tutmuş şəxslərdir. Dövlət katibi, xarici işlər naziri və Avropa Mərkəzi Bankının rəhbərinin telefonları da dinlənilib. 
Kansler Angela Merkel, keçmiş maliyyə naziri Oskar Lafonten, keçmiş stats-katib Barbara Hendriks, keçmiş iqtisadiyyat naziri Vernar Müller, iqtisadiyyat naziri Ziqmar Qabriel dinlənilən şəxslərin arasındadır.
İnformasiyalardan belə məlum olur ki, ABŞ kəşfiyyatını ilk növbədə ticarət və pul-kredit siyasəti maraqlanıb. Təkcə telefonlar yox, faks aparatları da izlənilib. 
Yada salaq ki, buna qədər Fransa mediası da `WikiLeaks`-ə istinadla ölkə elitasının izlənilməsi haqda xəbərləri yaymışdı. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam