Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Miqrasiya böhranı Avropanın gələcəyini formalaşdırır"

angela-merkel

 

Xarici KİV-in məlumatına görə, Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel bundestaq qarşısında çıxışı zamanı bəyan edib ki, günümüzdə yaşanan miqrasiya böhranı Avropanın gələcəyini formalaşdırır (Rosbalt).

"Xeberinfo.com":   «Cari böhranla necə davranmağımız, bizim qitənin gələcəyini formalaşdıracaq» – deyə, «DPA» agentliyi Merkeldən sitat gətirir.

Kansler qeyd edib ki, miqrasiya böhranı qarşıda duran milli, Avropa və qlobal məsələlərini qarşıya qoyur. Bunlar da Almaniya və Avropa İttifaqı tərəfindən humanist yanaşma tələb edir. O, böhranla mübarizədə ardıcıl olmağa çağırıb.

Xatırladaq ki, bu gün Merkel həm də bəyan edib ki, miqrasiya böhranı təkcə Almaniya və ya Avropa üçün çağırış deyil: «Burada söhbət, dünya üzrə demək olar, 60 milyon insandan gedir. Səsləndirilən bu rəqəmlə əlaqədar olaraq, bunun Almaniya və ya Avropa üçün çağırış olduğunu demək düzgün deyil – bu, qlobal çağırışdır».

Onun sözlərinə görə, miqrasiya böhranının səbəbləri ilə mübarizə ararmaq yalnız ABŞ, Rusiya, Yaxın və Orta Şərq dövlətlərinin iştirakı ilə mümkündür.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam