Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Suriya və regionun digər ölkələri “İslam Dövləti” terrorçu qruplaşmasına qarşı mübarizədə birləşməlidir"

 

"Rusiya “İslam Dövləti”-nə qarşı ölkələr arasında dialoqun qurulmasına yardım etməyə hazırdır”.

"Xeberinfo.com":   APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada Suriyanın xarici işlər naziri Valid Müallimlə görüşdə deyib.
“Region ölkələri ilə əlaqlərimiz “İslam Dövləti”nə qarşı mübarizədə bütün güclərin birləşdirilməsinin vacib olduğunu göstərir. Bütün region ölkələri bu terrorçu təşkilatla mübarizəyə öz töhfəsini verməyə hazırdır. Bu, Tükiyəyə də, İordaniyaya da, Səudiyyə Ərəbistanına da aiddir. Ona görə də biz, Suriya da daxil olmaqla terrorçuluqla mübarizədə maraqlı olan bütün dostlarımızı konstruktiv dialoqun qurulmasına çağırırıq. Suriyanı dəstəkləyən dövlətlər arasında konstruktiv münasibətlər inkişaf edir. Qonşular arasında tez-tez və ya hər zaman anlaşılmazlığın yaranması başa düşüləndir, lakin terrorla mübarizədə səyləri sözsüz birləşdirmək lazımdır”, – deyə Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, belə koalisiyanın yaradılması sadə məsələ deyil:“Əgər Suriya rəhbərliyi bunu məqsədəuyğun və mümkün hesab edirsə, biz sizi dəstəkləmək üçün hər şey edəcəyik. Region ölkələri ilə olan mehriban münasibətlərimizdən istifadə edib belə koalisiyanın qurulmasına cəhd edəcəyik. Əminik ki, sonda Suriya xalqı qalib gələcək. Bizim siyasətimiz Suriyanı, Suriya hökumətini və xalqını dəstəkləməyə istiqamətlənib və bu siyasət dəyişməz qalacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam