Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya qırıcısından Norveç pilotuna təhlükə

 

Bu gün Norveç Silahlı Qüvvələri Rusiya Hərbi-Hava Qüvvələrinin MiQ-31 qırıcısı ilə ölkənin hava hüdudları yaxınlığında baş vermiş insidentin videosunu yayıb.
"Xeberinfo.com": Videoda Rusiya qırıcısının qəfildən onu “tutmaq” üçün havaya qaldırılan iki Norveç “F-16” döyüş təyyarəsindən birinə kəskin şəkildə yaxınlaşaraq onun qarşısını kəsdiyi, toqquşma təhlükəsi yaratdığı görünür. İnsident dekabrın 1-də baş verib.
Virtualaz.org saytı xəbər verir ki, videokadrlar Norveç qırıcısının pilot kabinəsindən çəkilib. Təyyarənin videonəzarət kamerasının görüntülərinə əsasən Rusiya təyyarəsi “F-16”-ya 20 metrə qədər yaxınlaşır. Qəfildən Rusiya təyyarəsini qarşısında görən Norveç pilotu həyəcanla “bu nə şeytandır belə” deyərək toqquşmadan güclə yayınır.
Norveç Silahlı qüvvələrinin rəsmisi Brinyar Stordal insidenti şərh edərkən bildirib ki, təyyarələrin toqquşması təhlükəsi olub.
“Toqquşma tamamilə mümkün idi. Videodan görünür ki, pilot sarsılıb. Onun şərhləri, manevrləri göstərir ki, yaxınlaşma planlaşdırılan olmayıb. Biz bunun Rusiya pilotunun səhvi üzündən baş verdiyini, yaxud qəsdən edildiyini bilmirik” - deyə B.Stordal bildirib.
Qeyd edək ki, son vaxtlar Rusiya hərbi aviasiyası tez-tez NATO üzvü olan ölkələrin, o cümlədən ABŞ-ın hava sərhədləri yaxınlığında manevrlər edir. Rusiyanın strateji nüvə bombardmançıları və onları müşaiyət edən qırıcılar NATO ölkələrinin hava sərhədlərinə yaxınlaşır, hətta hava sərhədlərini pozur.
NATO baş katibi Yens Stoltenberq deyib ki, Ukrayna ətrafındakı münaqişənin başlamasından sonra Rusiya təyyarələri azı 100 dəfə alyansın hava hüdudları yaxınlığında qeydə alınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam