Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AVROPADAN PUTİN RUSİYASINA İKİQAT ZƏRBƏ

 

Neft nəhəhgi olan “YUKOS” şirkətinin mülkiyyətinə Rusiya dövlətinin “əl qoymasından” on ildən artıq vaxt keçib. Lakin hazırda artıq mövcud olmayan bu şirkətin səhmdarları sevinə bilərlər.

"Xeberinfo.com":  Çünkü Belçika məhkəməsi Rusiyanın 1,6 milyard dollar həcmindəki aktivlərinə həbs qoyulması barəsində qərar çıxarıb. Qəbul olunmuş bu qərar, tarixdə ən uzun müddət sürən arbitraj məhkəməsinin bu məsələdəki ilk “məhsuludur”.

”YUKOS” şırkətinin keçmiş səhmdarları Rusiyaya qarşı açdıqları 50 milyard dollar həcmindəki böyük təzminat işini udublar. Keçən il Haaqadakı Beynəlxalq Arbitraj Məhkəməsi 2003-cü ildən başlayaraq “YUKOS” şirkətinin ləğv edilməsinin arxasında siyasi məqsədlərin dayanmasını əsas götürərək, işlə bağlı müvafiq qərar qəbul edib. Məhkəmə bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin və digər yüksək vəzifəli şəxslər, şübhəli vergi mübahisəsi bəhanəsi ilə “YUKOS” şırkətinin aktivlərini ələ keçirməklə yanaşı, bu şirkətin rəhbəri Mixail Xodorkovskini qeyri-qanuni ittihamla, məhbəsə yollayıblar. Buradakı başlıca məqsədlərdən biri də “YUKOS” şirkətini sıradan çıxarmaqla, Kremlə yaxın olan oliqarxlar tərəfindən idarə olunan enerji şirkətlərinin mövqeyini gücləndirməkdən ibarət olub. Mixail Xodorkovskini on il həbsxanada saxladıqdan sonra 2013-cü ilin axırında azadlığa buraxıblar. Xodorkovski məhbəs həyatının böyük bir hissəsini çətin şəraitli Sibir həbsxanalarının birində keçirib.

Mikhail Khodorkovsky As Yukos Oil Co. Win $50 Billion In 10-Year Fight With RussiaBelçika məhkəməsinin qərarında bir çox aydın olmayan məqamlar qalır. Rusiya informasiya vasitələrinin verdiyi məlumata görə, məhkəmə Rusiyanın bir neçə qeyri-diplomatik mülkiyyətinə həbs qoymaq qərarına gəlib. Rusiyanın və Belçikanın Vaşinqtondakı səfirliyindən məsələ ilə bağlı suala cavab vermək istəməyiblər. ”YUKOS” şirkətinin keçmiş səhmdarlarının nümayəndələri də hələlik heç bir şərh verməyiblər. Əgər verilən ilk məlumatlar həqiqəti əks etdirirsə, onda atılan bu addım, Haaqa arbitrajının qərarını yerinə yetirməkdən imtina edən və tələb olunan pulu ödəmək isməyən Moskvaya qarşı Belçika ədliyyəsinin güclü cəza zərbəsi mənasına gəlir. ”YUKOS” şirkətinin keçmiş səhmdarlarının Rusiya dövlətinə məxsus xarici ölkələrdəki mülklərin müsadirə olunması məqsədi ilə müxtəlif ölkə məhkəmələrinə müraciət etməkdən başqa çarələri qalmamışdı. ”YUKOS” şirkətinin keçmiş səhmdarlarının maraqlarını təmsil edən “GML Ltd” şirkəti, hal-hazırda ABŞ, Böyük Britaniya, Almaniya və Niderland kimi ölkələrdə anoloji hüquqi fəaliyyətlər həyata keçirməklə məşğuldur.

Moskva üçün heç də yaxşı olmayan bu xəbərin ardından gələn digər zərbə isə, Avropa Birliyinin öz daxilindəki fikir ayrılığına son qoyaraq, Rusiyaya qarşı tətbiq edilmiş maliyyə və iqtisadi sanksiyaların müddətini gələn ilin yanvarınadək uzatmaq qərarı olub. Avropa Birliyi Rusiyaya təzyiq etmək metodunu qüvvədə saxlamaqla, Ukraynadakı vəziyyətin Kreml tərəfindən gərginləşdirilməsinin qarşısını almağa cəhd göstərir. Hüquqi və iqtisadi müstəvidə Rusiyaya vurulmuş ikiqat zərbə, Ukraynanın şərqindəki separatçıları hətrərəfil şəkildə dəstəkləyən və digər yandan isə beynəlxalq normaları kobud formada pozan Moskvaya qarşı yönəlmiş təcridetmə siyasətinin güclənməsini göstərir. Sanksiyaların uzadılması Macarıstan və Yunanıstanı öz tərəfinə çəkməklə, Avropa ölkələri arasında fikir ayrılığı salmağa cəhd edən Rusiyanın bu məsələdə müvəffəqiyyətsizliyə uğradığına işarədir.

AzPOlitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam