Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyədə bu layihələrin icrası dayandırılacaq”

 

Türkiyədə parlament seçkilərindən əvvəl icra olunan üçüncü körpü, hava limanı, yerli avtomobil, təyyarə, raket, tank və pilotsuz uçuş aparatları kimi layihələri dayandırılacaq.

 

"Xeberinfo.com":   Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Burhan Kuzu deyib.

 

Burhan Kuzu Türkiyənin 13 il əvvələ geri döndüyünü söyləyib.

 

“AKP on üç ildə bu ölkədə təhsil, səhiyyə və nəqliyyat sahəsində önəmli islahatlar həyata keçirdi. Türkiyə öz avtomobilini, təyyarəsini, raketini, tankını, tüfəngini, vertolyotunu və pilotsuz uçuş aparatını hazırlayacaq bir ölkə olmuşdu. Bütün Cümhuriyyət tarixi ilə müqayisə etsək, on üç illik xidmətlərin ən az dörd-beş dəfə daha çox olduğunu görürük. Göstərilən xidmətlərə səs verilsəydi, AKP daha yüksək səs faizi ilə yoluna davam edərdi. Deməli xidmətlərə deyil, bir sıra oyunlara səs verildi”, - AKP-li bildirib.

 

Onun sözlərinə görə, vətənə və millətə zərər verməyi düşünən bütün qruplar HDP-yə səs veriblər: “HDP-nin həqiqi səsi 6-7 faizdir. Qalanı isə “əmanət” səslərdir.  Rəcəb Tayyib Ərdoğana şəxsən kini olanlar HDP-yə səs verdilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam