Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Dağlıq Qarabağdakı "qondarma seçkilər"in tanınmasını istəyir

 

Rusiyadan olan müşahidəçilər xüsusi bəyanatla çıxış edib.
"Xeberinfo.com":  May ayının 3-də Qondarma Dağlıq Qarabağ Respublikasında parlament seçkiləri keçirilib. Məlum olduğu kimi, ABŞ, Ukrayna, ATƏT kimi ölkələr və təşkilatlar bu seçkiləri tanımadıqlarını bildiriblər.
Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda bildirilir ki, Ukrayna Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilmiş bu seçkiləri tanımır və bu seçkiləri legitim hesab etmir. Bəyanatda daha sonra qeyd olunur ki, Ukrayna bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını vacib hesab edir. Azadlıq.info-nun məlumatına görə, Rusiyanın “İnterfax” agentliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyanı və bəzi digər ölkələri bu “seçkilərdə” müşahidəçi kimi təmsil etmiş şəxslər BMT-i seçkilərin nəticəsini tanımağa çağırır. Rusiyadan olan müşahidəçilər xüsusi bəyanatla çıxış edərək seçkilərə yüksək qiymət verdiklərini bildirir və BMT üzvü olan ölkələrdən seçkiləri tanımağı xahiş edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam