Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rusiya şirkəti Qarabağda qızıl çıxaracaq

 

Rusiyanın faydalı qazıntıların axtarışı və hasilatı ilə məşğul olan “Geologix Group” şirkəti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində qızıl hasilatına başlamağa hazırlaşır

"Xeberinfo.com":  Məlumata görə, bu barədə şirkətin yaradıcıları Nikita Koçev və Pavel Kopıtin məlumat yayıblar. 
Virtualaz.org-a istinadən xəbərə görə, onlar “Секрет фирмы” jurnalının müxbiri Nastya Çernikovaya açıqlamalarında belə deyiblər.
Koçev və Kopıtin bildiriblər ki, onlara Ermənistandakı qızıl yatağında hasilata başlamaq üçün lisenziya almaq barədə təklif daxil olub. Həmin vaxt isə başqa bir ideya da meydana çıxıb: Dağlıq Qarabağdakı digər qızıl yatağında da işə başlamağı nəzərdən keçirmək.
Jurnal yazır ki, sovet vaxtı Azərbaycanda aparılmış geoloji kəşfiyyat ekspedisiyaların nəticələrinin göstərdiyinə görə, Qarabağ bölgəsində 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 milyon ton mis, 660 min ton qalay və digər əlvan metal ehtiyatları var: “Bu yataqlara sahiblənmək çox asandır, çünki tanınmamış respublikada praktiki olaraq rəqabət yoxdur. Həmin filiz yataqlarının sahibi “Dağlıq Qarabağ Respublikası” müdafiə nazirinin müavinidir. O, tərəfdaşları “DQR” “prezidenti” Bako Saakyanla görüşə də dəvət edib”.
Koçevlə Kopıtin jurnala açıqlamalarında onu da bildiriblər ki, onların şirkəti artıq yayda Dağlıq Qarabağda qızılın sənaye üsulu ilə hasilatına başlamağı planlaşdırır.
Virtualaz.org saytı bu informasiya ilə, ümumyyətlə, separatçı rejimlə əməkdaşlığın mümkün olub-olmaması ilə bağlı “Geologix Group” şirkətinin yaradıcılarından olan Nikita Koçevə sorğu göndərib. Lakin rusiyalı biznesmen suala konkret cavab verməkdən yayınaraq şirkətin mətbuat xidmətinə müraciət etməyi məsləhət görüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam