Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya ilə münasibətlər pozulmayacaq”

 

Türkiyənin baş naziri Əhməd Davudoğlunun köməkçisi Yalçın Akdoğan Rusiya prezidenti Vladimir Putinin 1915-ci il hadisələrini “soyqırım” kimi qiymətləndirməsinə münasibət bildirib

 

"Xeberinfo.com":  AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir müavini Putinin açıqlamasının Rusiya-Türkiyə münasibətlərinə təsir etməyəcəyini deyib: “Rusiya-Türkiyə münasibətləri bununla pozulmayacaq qədər güclüdür və belə şeylərə qurban verilə bilməz”.
Roma Papası Fransiskin açıqlaması və Avropa Parlamentinin soyqırım qətnaməsini şərh edən Akdoğan bildirib ki, bunların Türkiyə üçün heç bir ciddi əhəmiyyəti yoxdur.
“İkitərəfli münasibətlərimiz yaxşı olan ölkələrin belə açıqlamalar verməyi təbii ki, xoş deyil, amma bunun praktiki qarşılığı olmayacaq. Həmçinin İstanbula 25-ə yaxın ölkə və hökumət başçısı gəlir. Onlar da Türkiyəyə dəstək olur. Türkiyə dünyada tək deyil, onun dostları bəllidir. Digərlərinə isə çox etibar etmək olmaz”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam