Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazarbayev Türkiyəni “Putin İttifaqı”na qoşulmağa çağırdı

 

Avrasiya İqtisadi Birliyi Türkiyə üçün türk biznesinin yeni bazarlara çıxmasına imkanlar açacaq.

"Xeberinfo.com":  Oxu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla danışıqların yekununda bildirib.

“Qazaxıstan Türkiyə vasitəsilə Avropa və Yaxın Şərqə çıxa bilər. Avrasiya İqtisadi Birliyi türk biznesinə yeni bazarlara çıxmağa yol açır”, - Nazarbayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər iki ölkə əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

Bununla əlaqədar Qazaxıstan prezidenti türk biznesini “Nurlı jol” infrastruktur layihəsinin və respublika sənayesinin inkişafı üçün təşəbbüslərin həyata keçirilməsində iştiraka dəvət edib.

Eyni zamanda Qazaxıstan rəhbəri Türkiyə ilə qarşılıqlı ticarətin həcminin azaldığını vurğulayıb.

“Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3,5 mlrd dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə azdır. Lakin bu dünya böhranının təsiri üzündən baş verir”, - Nazarbayev deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam