Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pan Gi Mun rüşvət almaqda ittiham edilir -200 min dollar

pan ge mun

 

BMT-nin baş katibi vəzifəsindən getməyə hazırlaşan Pan Gi Mun 200 min dollar rüşvət almaqda ittiham edilir.

Xeberinfo.com:   Bu barədə, “SBS News” məlumat yayıb.

Koreyanın “Sisa Journal” nəşrinin jurnalistlərinin məlumatına görə, Pan Gi Mun 2005-ci ilin yazında Vyetnamın xarici işlər nazirinin Koreyaya səfərinin şərəfinə təşkil edilmiş təbrik naharı zamanı 200 min dollar alıb.

Həmin vaxt Koreyanın xarici işlər və xarici ticarət naziri vəzifəsində çalışmış Pan Gi Mun Vyetnamdan gəlmiş nümayəndə heyətini qəbul edib. Onların arasında nüfuzlu biznesmen, “Taekwang” şirkətinin rəhbəri Pak En Ça da olub. Məlumata görə, biznesmen 200 min dollar məbləğində rüşvəti Pan Gi Muna vermək məqsədi ilə nümayəndə heyətindən bir saat tez Xarici İşlər Nazirliyinin iqamətgahına gəlib.

BMT-nin baş katibi isə bu barədə ittihamları qəti şəkildə rədd edib. O, bildirib ki, Pak En Çanı tanımır. “Tədbirdən əvvəl də, sonra da, onunla tanışlığım olmayıb” – deyə Pan Gi Mun bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam