Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ermənistan da bu işin belə getməyəcəyini görəcək"

 

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu 24 aprel öncəsi Ermənistana müraciət edib.
"Xeberinfo.com":  ANS PRESS-in məlumatına görə, Litvanın paytaxtı Vilnüsdən ölkəsinə qayıdarkən Çavuşoğlu təyyarədə jurnalistlərin suallarına cavab verib. 
"Əvvəllər 24 aprel yaxınlaşarkən biz həmişə müdafiə mövqeyində olurduq. İndi təşəbbüs irəli sürürük. Təcavüzkar bir yanaşma ilə yox, fəal siyasətlə sülh tələbimizi dilə gətiririk. Müştərək acılarla dostluq qurulsun deyirik. Avropa Birliyi nazirimiz, parlamentimiz, səfirliklərimiz və diplomatlarımız bu istiqamətdə böyük səylər göstərirlər. Papanın ermənilərin tələbləri istiqamətində addım atmaması bu səylər nəticəsində əldə olunmuş bir uğurdur. Ümidvaram ki, Ermənistan da bu işin belə getməyəcəyini, bunun bir xeyri olmayacağını, dünyanın axırı olmadığını görəcək". 
Qeyd edək ki, Osmanlı dövləti zamanı müharibələr səbəbindən baş vermiş deportasiya zamanı meydana gələn tələfatları ermənilər bütün dünyaya və o cümlədən Türkiyəyə "soyqırımı" kimi qəbul etdirməyə çalışır. Rəsmi Ankara dəfələrlə bütün arxivləri açaraq mövzunun tarixçilər tərəfindən şəffaf araşdırılmasını təklif etsə də Ermənistan tərəfi bu çağırışa məhəl qoymayaraq bu il aprelin 24-də qondarma "soyqırımının" 100-cü ildönümünü qeyd etməyə hazırlaşır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam