Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Merkel Rusiyaya qarşı sanksiyaları uzatmağa çağırdı

 

Almaniya kansleri Angela Merkel Yaponiyaya səfəri çərçivəsində Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları uzatmağa çağırıb.

"Xeberinfo.com":  APA-nın RİA “Novosti”yi istinadən verdiyi xəbərə görə, bununla yanaşı Almaniya hökumətinin rəhbəri münaqişənin diplomatik yol ilə həllinin vacibliyini vurğulayıb.

A. Merkel çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini qeyd edib. Kansler həmçinin Yaponiya və Braziliya ilə bir sıra istiqamətdə, o cümlədən beynəlxalq terrorizm sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb.

Qeyd edək ki, bu gün A. Merkel Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşəcək. Görüş zamanı "G7" çərçivəsində əməkdaşlıq, Ukrayna münaqişəsi, BMT Təhlükəsizlik Şurasında islahatlar, antiterror tədbirləri, Şərqi Asiya və Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam