Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bir televiziya rəhbərinin malik olduğu sərvət…–Gələndə köhnə "Nissan"da idi, gedəndə isə... - SİYAHI

Bugünlərdə vəzifəsindən uzaqlaşdırılan ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının malik olduğu əmlakın siyahısı yayılıb. 

Yenixeber.org xəbər verir ki, Ölkə.az saytının yaydığı siyahıda Vüqar Qaradağlının ATV prezidenti təyin edildikdən sonra əldə etdiyi varidatın bir hissəsi açıqlanıb.

Siyahıda göstərilir:

1. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi, ev 518. Üçmərtəbəli villa;

2. Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. "Neo MMC"dən 4 otaqlı mənzil;

3. Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28;

4. Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil;

5. Quba rayonunda üçmərtəbəli villa;

6. Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər "ATV-nin villaları" adıyla tanıyır);

7. Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri – Nyu-Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V. Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır;

8. Türkiyədə, Quş adası istirahət bölgəsində ev;

9. Bodrumda mənzil;

10. Antalyada ikiotaqlı mənzil;

11. İstanbulda  "Molos İstanbul" adlanan kompleksdə mənzil (Bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır);

12. Bayraq Meydanının yaxınlığında "Panorama" restoranı (qayını Rauf Dadaşovla şərik); 

13. Ən son model 2 ədəd "Audi" markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, "Audi"lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı "… – 241"-dir.

14. İki ədəd son model "Lexus" avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir. 

15. Bir ədəd "Nissan patrol". Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.

16. "Mercedes S Class"

Ölkə.az onu da qeyd edib ki, V. Qaradağlı bu posta təyin edilərkən ATV-yə "Rent a car"dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan "Nissan Patfhinder" markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam