Qoşqar Zeynalovun milyonlarla ölçülən davası sona çatıb?!:KOMPRAMİS
Yenixeber.org: Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində işləyən oğlu Qoşqar Zeynalovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Xatırlayırsınızsa bir müddət əvvəl yenixeber.org-da “Qoşqar Zeynalovun əməlinə niyə hüquqi qiymət verilmir?:təkzibedici addımlarına görə” sərlövhəli yazımızda Qoşqar Zeynalovla Rahib və Emin Hüseynov qardaşlarının istintaq müstəvisinə çıxmış qalmaqalından bəhs etmişdik...
Qeyd edək ki,Qoşqar Zeynalov Daxili İşlər Nazirliyinə şikayət edərək bildirmişdir ki, Hüseynov Rahib İsmayıl oğlu onun etibarından sui-istifadə edərək Türkiyədən vaqon yataq dəstlərinin gətirilərək "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə satmaqla əldə olunan gəlirin 10 faizini vəd verməklə 2011-ci ilin noyabr ayında 100 min ABŞ dolları, 15 yanvar 2012-ci ildə 500 min ABŞ dolları, 17 fevral 2012-ci ildə 2 milyon 500 min ABŞ dolları, 2012-ci ilin mart ayında 2 milyon ABŞ dolları, 2012-ci ilin aprel ayında 800 min ABŞ dolları və 2012-ci ilin may ayında 1 milyon 750 min manat məbləğində, ümumilikdə isə 5 milyon 900 min ABŞ dollarını, 1 milyon 750 min manatını mənimsəyib.
Qoşqar Zeynalovun müraciəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş istintaq və Təhqiqat İdarəsində başlanan istintaq çərçivəsində Rahib Hüseynov və kiçik qardaşı Emin Hüseynov həbs edilmişdilər. Lakin sonradan əvvəlcə Rahib Hüseynov, ardınca da Emin Hüseynov haqqında həbs qətiimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu.
Məlumata görə istintaqın Rahib və Emin Hüseynov haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsində Qoşqar Zeynalovun mövqeyindən geri çəkilməsi xüsusi rol oynayıb. Belə ki, ilk olaraq Qoşqar Zeynalovun 20.02.2014-cü ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş ərizəsini üzə çıxaran Rahib Hüseynovun vəkili polis zabitinin 2014-cü ildə verdiyi ifadə ilə 2016-cı ildə Daxili İşlər Nazirliyinə ünvanlanmış ərziəsi arasındakı ziddiyətləri qabartdı. Qeyd edək ki, Qoşqar Zeynalov 20.02.2014-cü ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş o zaman bu idarənin rəisi olmuş cənab Mirqafar Seyidova müraciətinə yazırdı: “Yazıb Sizə bildirirəm ki, Rahib Hüseynovla hər-hansı bir kommersiya faəliyyətim və əlaqəm olmayıb. Mən Rahib Hüseynova hər-hansı bir məbləğdə pul verməmişəm və ondan hər-hansı bir məbləğdə pul almamışam. Bu barədə R.Hüseynovun cinayət işi üzrə ifadə verərkən də bildirmişəm. Ona görə Rahib Hüseynovdan şikayətim və tələbim yoxdur. Xahiş edirəm bunu nəzərə alasınız”
Bu ərizənin üzə çıxması Qoşqar Zeynalovu çətin vəziyyətə salmışdı. Bu sözlərin yer aldığı ərizəyə imza atan polis zabitinin təxminən iki il sonra-2016-cı ilin yanvarında həmin R.Hüseynovu etibardan sui-istifadə etməklə 5 milyon 900 min ABŞ dolları və 1 milyon 750 min manatını mənimsəmək kimi ağır cinayətdə ittiham etməsi iddiaçının da istintaqa yalan ifadə verməsi səbəbindən hüquqi məsuliyyətlə üzləşmək təhlükəsi yaranmışdır.
Məlumata görə, Rahib Hüseynovun vəkili bu məqamı qabartmaqla Qoşqar Zeynalovu “dalana dirəyə bilib”. Yenixeber.org-a danışan mənbə bildirir ki, prosesə Rahib Hüseynovun valideynləri və başqa qohumları qarışıblar. Onlar Qoşqar Zeynlaovun əmisi, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovla görüşərək danışıqlar aparıblar. Sonda tərəflər arasında kompramis əldə olunub. Bundan sonra istintaq da mövqeyini yumşaldıb. Beləliklə də Qoşqar Hüseynovun milyon manatlarla ölçülən davası nəticəsiz başa çatıb...
Qarşı tərəfi də dinləməyə hazırıq.
Etibar