Arif Əsgərovun oğlu həbsin bir addımlığında
Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri olan Qoşqar Zeynalovla sabiq nazir müavinin oğlu arasında 6 364 480 manatlıq qalmaqal
Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu, Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Elnar Əsgərovla bağlı DİN-ə ilginc şikayət
Yenixeber.org: Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında prezident İlham Əliyevin 13 fevral 2017-ci il sərəncamından dərhal sonra ləğv edilən Nəqliyyat Nazirliyinin rəhbər şəxslərindən biri, sabiq nazir müavini Arif Əsgərovun istintaqa çağrıldığı və həbsinə hazırlıq getməsi ilə bağlı KİV-lərdə məlumat yayıldı. Sabiq nazir müavini istintaqa çağırması haqqında məlumatları şəxsən təkzib etsə də, məlumatlı mənbə InfoAZ.org-a bildirir ki, Arif Əsgərovun ailə üzvülərinin adı keçən istintaq artıq ölü nöqtədən tərpənib. Mətbuat yanlış olaraq Arif Əsgərov vaxtilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olanda QSC-də marketinq şöbəsinin rəisi olmuş, baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq dələduzluq əməli ilə bağlı istintaq getdiyini iddia edərək sabiq nazir müavinidən bu məsələyə müansibət öyrənib. Arif Əsgərov də məsələyə aydınlıq gətirmədən “Bununla bağlı istintaq gedir. İstintaq məsələ ilə bağlı öz sözünü deyəcək. Mən nə deyə bilərəmki? İstintaqda adigedən şəxs mənim qohumumdur. Amma bu məsələnin mənə heç bir aidiyyatı yoxdur”-deyib.
Ancaq həqəqət bir qədər fərqlidir. Məsələ ondan ibarətdir ki, Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun adı keçən dələduzluq əməli ilə bağlı 50 sahibkarın şikayəti üzrə məsələ o zaman şikayətçilərin pulları geri ödənməklə həll edilib. Ancaq bu heç də Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun və oğlu Elnar Əsgərovun adı keçən yeni dələduzluq faktının olmaması da demək deyil. Arif Əsgərovun hələlik özü üçün olmasa da, oğlu Elnar Əsgərovun həbsinə səbəb olacaq iki şikayətin olduğu haqqında məlumat var.
Birinci,Qoşqar Tofiq oğlu Zeynalov adlı şəxs Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müarciət edərək Rahib Hüseynovun dələduzluq əməlinə hüquqi qiymət verilməsini xahiş edib. Qoşqar Zeynalov DİN-ə şikayətində bildirib ki, Hüseynov Rahib İsmayıl oğlu etbarından sui-istifadə edərək Türkiyə Respublikasından vaqon yataq dəstlərinin gətirilərək Azərbaycan Dəmir Yollarına satmaqla əldə olunan gəlirin 10 faizini vəd verməklə 2011-ci ilin noyabr ayında 100 min ABŞ dolları, 15 yanvar 2012-ci ildə 500 min ABŞ dolları, 17 fevral 2012-ci ildə 2 milyon 500 min ABŞ dolları, 2012-ci ilin mart ayında 2 milyon ABŞ dolları, 2012-ci ilin aprel ayında 800 min ABŞ dolları və 2012-ci ilin may ayında 1 milyon 750 min manat məbləğində, ümumilikdə 5 milyon 900 min ABŞ dollarını, 1 milyon 750 min manatın mənimsəyib. İstintaq belə qəanətə gəlib ki, Rahib Hüseynov etibardan sui-istifadə etmə və aldatma yolu ilə Qoşqar Tofiq oğlu Zeynalova ümumikdə 6 364 480 manat zərər vurmuşdur.
Qeyd edək ki, şikayətçi Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri olan Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu, Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşı oğludur. Qoşqar Zeynalovun şikayətində günahkar kimi Rahib Hüseynov göstərilsə də, Arif Əsgərovun oğlu Elnar Əsgərovun bu məsələdən tam kənarda qalması mümkün deyil. Çünki, Qoşqar Zeynalov Rahib Hüseynovun xalası oğlu Elnar Əsgərovla bacanaqdır. Onların hər ikisi Tovuzda iş adamı kimi tanınan Əli Məmməd oğlu Şəmiyevin qızları ilə evləniblər. Hətta Tovuzda, Zəyəm çayın üzərindəki istirahət mərkəzinin Tofiq Zeynalovun, Arif Əsgərovun və Əli Şəmiyevin birgə obyekti olması haqqında iiddialar da var. Ən azından obyektin ətrafındakı kəndlərin əhalisi arasında belə düşünənlər az deyil. Bir neçə milyon dəyəri olan bu obyektin həyətində süni göl yaradılıb və ora daxil olmaq pulludur.
Elnar Əsgərovun adı keçən dələduzluq olayı ilə bağlı şikayətləri araşdırarkən maraqlı bir məqama rast gəldik. Belə ki, Arif Əsgərovun qohumları Əli Şəmiyevin qardaşının Rusiyanın Radujnı şəhəriin meti olması haqqında əfsanə uydurublar. Əslində isə Arif Əsgərovun və Tofiq Zeynalovun qudası, Tovuz rayon Məşədilər kənd sakini olan Əli Şəmiyevin qardaşı Eyvaz Şəmiyev sadəcə Radujnı şəhər Dumasının deputatıdır.
Arif Əsgərov, Tofiq Zeynalov və Əli Şəmiyevin birgə biznesinin olub-olmaması başşqa araşdırmanın mövzusudur və ilk imkanda bu məsələyə aydınlıq gətirəcəyik. Hələlik isə qayıdaq Qoşqar Zeynalovun şikayəti ilə bağlı məsələyə. Qoşqar Zeynalovun şikayəti Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində araşdırılması zamanı istintaq tərəfi Rahib Hüseynovun həbsinə kifayət qədər əsas olduğu qəanətinə gələrək 02 noyabr 2016-cı ildə Cinayət Məcəlləsinin 178.3.2 maddəsində nəzərdə tutulan cinayəti törətmkdə şübhəli bilinərək saxlanılmış və 04 noyabr 2016-cı ildə barəsində həbs qətiimkan tədbiri seçilmişdir.
Arif Əsgərovun oğlu Elnar Əsgərovun həbsinə səbəb olacaq ikinci şikayət isə Baki şəhər sakini Emil Məmmədov tərəfindən edilib.Emil Məmmədov şikayətində qeyd edib ki, Emin İsmayıl oğlu Hüseynov (Rahib Hüseynovun kiçik qardaşı-müəl.) onu Elanr Əsgərovla tanış edib və Azərbaycan Dəmir Yolları üçün Ukraynadan müxtəlif malların alınıb gətirilməsi prosesində iştirak etməyi təklif edib. Bu əməliyyatlar üçün nəğd pula ehtiyacları olduğunu bildirərək ondan ümumillikdə 3 milyon 200 min ABŞ dolları alıblar. Sonradan Emil Məmmədov tələbi üzərinə həmin pulun 720 min ABŞ dolları, 500 min və 220 min ABŞ dolları olmaqla Elnar Əsgərov tərəfindən şəxsən Emil Məmmədova qaytarılıb. Ancaq bu günə kimi 2 milyon 480 min ABŞ dollarını qaytarmaqdan imtina edir. Emil Məmmədov və Qoşqar Zeynalovun şikayətlərinin istintaqının birləşdirilməsi Rahib Hüseynovla yanaşı qardaşı Emin Hüseynovun da həbsini qaçılmaz edib. Bunun nəticəsi olaraq 08 dekabr 2016-cı ildə Emin İsmayıl oğlu Cinayət Məcəlləsinin 178.3.2maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətiimkan tədbiri seçilmişdir..
Rahib və Emin Hüseynovların həbsi isə Elnar Əsgərovun həbsini gündəmə gətirib. Çünki, bu şəxslər məhz Elnar Əsgərovun göstərişi ilə hərəkət etdiklərini deyirlər. Digər tərəfdən şikayətçi Emil Məmmədovun əlində Elnar Əsgərovla telefon yazışmaları, danışıqları mövcuddur. Həmin telefon danışıqlarında və yazışmalarında Emil Məmmədov Elnar Əsgərov Emin Hüseynovun ondan iş üçün pul istədiyini bildirir və bundan xəbəri olub-olmadığını soruşur. Elnar Əsgərov da hər şeyin onun bigisi daxilində oduğunu və pulu Emin Hüseynova verməsini yazır. Emil Məmmədov həmin sübutları istintaqa təqdim edib və bundan sonra Elnar Əsgərov bir neçə dəfə istintaqa çağrılıb,onunla bağlı istintaq işləri aparılıb. Elnar Əsgərovun xalası oğlanları ilə bərabər həbs olunmamasının səbəbi çox sadədir.
Belə ki, istintaqçılar nazir müavinin oğlunu həbs etməyin ciddi rezonas doğracağını nəzərə alıb, bir qədər gözləməyə üstünlük veriblər. İndi isə artıq Arif Əsgərov nazir müavini deyil və onun oğlunun həbsi hər an reallaşa bilər. Digər tərəfdən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin marketinq şöbəsinin rəisi olmuş Rahib Hüseynov danışmağa başlsa istintaqda Elnar Əsgərovla yanaşı Arif Əsgərova da suallar yarana bilər.
Arif Əsgərovun oğlunun da adı keçən böyük dələduzluq olayı ilə bağlı şikayətlərin istintqaının nəticələrini izləməkdə və ictimaiyyətə təqdim etməyə davam edəcəyik.