Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

PREZİDENTİN MESAJI KİMLƏRƏ ÜNVANLANIB? -Pensiya yaşını keçən yüksək vəzifəlilərin siyahısı

 

 

ehmed ehmedzade oqtay sireliyev ramiz mehdiyev ramil usubov azpolitika info ilham eliyevnazirler kabineti prezident administrasiyasi

“Sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”. 

Yenixeber.org: Sözsüz ki, ölkə başçısı İlham Əliyevin baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə səsləndirdiyi bu fikirlər iqtidar komandası üçün önəmli bir mesajdlr.

Eyni fikri baş nazirin digər müavini Əli Həsənovla görüşdə də səsləndirməsi, həmçinin son iqtisadi müşavirədə islahatlarla bağlı verdiyi açıqlamalar Prezidentin hakim komandada ciddi islahatlar aparmaqda qərarlı olduğunu sübut edir. Bu səbəbdən yaxın zamanda hökumətdə və ümumilikdə iqtidar komandasında ciddi kadr dəyişikliklərinin və yenilənmənin müşahidə olunacağı gözlənilir.

Ölkə başçısının pensiya yaşı çatmış və yaşı 70-i keçmiş məmurlarla bağlı çağırışının konkret olaraq  kimlərə ünvanlandığı barədə dəqiq bir şey deyə bilmərik. Lakin hakim komandada təmsil olunan məmurların yaşı ilə əlaqədar apardığımız kiçik araşdırma göstərir ki, pensiya yaşını keçmiş, hətta yaşı 70-dən yuxarı olan iri ranqlı məmurlar az deyil.

komanda

Qeyd edək ki, Azərbaycanda təqaüd yaşı 65 yaş müəyyən edilib. “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçuları üçün ən son yaş senzi də 65 yaşdır. 65 yaşı tamam olan dövlət qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluğunda olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.

Ramiz Mehdiyev –  81 yaş. 1995-ci ildən  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəridir.

Yaqub Eyyubov – 74 yaş.1999-cu ildən Baş Nazirin müavini, 2003-cü ildən baş nazirin birinci müavinidir.

Ramil Usubov – 71 yaş. 1994-cü ildən Daxili İşlər naziri, 2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibidir.

Əhməd Əhmədzadə - 74 yaş.  2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir. Hazırda hökumətin üzvü olmasa da iqtidar komandasının təmsilçisi sayılır.

Akif Əlizadə - 85 yaş.  2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan Əlizadə məmur heab olunmasa da,  də iqitidar komandasının təmsilçisi kimi rəsmi protokola daxil edildiyindən Prezidentin çağrışı ona da aid edilə bilər.

Oqtay Şirəliyev – 69 yaş. 2005-ci ildən Səhiyyə naziridir. Şirəliyev hələ 70 yaşı keçməsə də Prezidentin tövsiyyəsini ona da aid etmək olar. Həm 70 yaşına çox az qaldığından, həm də səhiyyənin idarəçiliyində yaratdığı problemlərə görə.

Ümumiyyətlə, nəzərə alsaq ki, ölkə başçısı H.Abutalıbovla görüşərkən söylədiyi fikirlərdə təkcə 70 yaşı keçən məmurlar deyil, pensiya yaşına çatanlardan da söhbət gedir, o zaman bu siyahıya Elman Rüstəmovu – 67 yaş(1995-ci ildən Mərkəzi Bankın sədridir) və Əli Əhmədovu – 66 yaş (1999-cu ildən YAP-ın İcra katibi, 2005-ci ildən YAP Sədrinin müavini, 2013-cü ildən Baş Nazirin müavinidir), Mübariz Qurbanlı- 65 yaş ( 2014-cü ildən Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri) əlavə etmək olar.

Nazir və komitə müavinlərinin arasında da da pensiya yaşını keçmişlər var.  Məsələn,  Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin 68, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Səyyad Aranın 67 yaşı var.

Cəmiyyəti maraqlandıran suallardan biri isə budur – 75 yaşlı Hacıbala Abutalıbovla 71 yaşlı Əli Həsənovdan ilk olaraq kimlər nümunə götürəcək və kimlər Prezidentin tövsiyəsinə əməl edəcək? Yəqin ki, bu sualın cavabı çox yaxın zamanda məlum olacaq…(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam