Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DEPUTAT XANLAR FƏTİYEVİN ŞİRKƏTİ CƏRİMƏLƏNDİ – Ölkədən çıxardığı vəsaitin taleyi məlum deyil

1564377933_02

Nərimanov Rayon Məhkəməsində “Aznur Trade” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarılıb. 

Yenixeber.org:  Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola uyğun olaraq cərimə edilib.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

“Aznur Trade” MMC Azərbaycanda “Belarusskiy” ticarət şəbəkəsini idarə edir. “Belarusskiy” mağazalar şəbəkəsində Belarusun istehsalı olan geniş çeşidli qida məhsulalrı satılır. Adıçəkilən şirkətin isə parlamentin oliqarx deputatlarından biri olan Xanlar Fətiyevə aid olduğu bildirilir.

16f1

Bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı ətraflı və rəsmi sənədlərə əsaslanan məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, oliqarx deputatın Avropada da geniş şəbəkəyə malik biznesinə təkcə avtomobil icarəsi, taksi xidməti və turizm sahəsində imperiya yox, həm də supermarketlər şəbəkəsi daxildir.

Belə ki, jurnalistin bildirdiyinə görə, Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı “Belaruski” supermarketi də deputata məxsusdur. Eyni zamanda, Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.

Bütün bunlarla yanaşı, deputatın şirkətinin qanunlara məhəl qoymadığı da məlum olur. Bunu yuxarıda qeyd edilən məhkəmə qərarı da təsdiqləyir. Bu, o deməkldir ki, deputatın şirkəti xaricə mal idxalı adı altında külli miqdarda vəsait çıxarsa da, əvəzində heç nə idxal etməyib. Nəticədə buna görə sadəcə, ölkədən çıxarılan həmin məbləğin müəyyən faizini cərimə şəkildə ödəməklə razılıaşmış olub… (Fed)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam