Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Nikah üçün arayış, yoxsa yeni rüşvət tələsi?

 

“Müayinədən və nəticədən asılı olmayaraq dövlət ailə qurmağa qadağa qoymur”

 

"Xeberinfo.com":  Azərbaycan prezidenti İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Artıq Azərbaycanda nikah bağlamaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına ərizə ilə yanaşı, tibbi müayinədən keçilməsini təsdiqləyən arayış təqdim etməlidirlər.
Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Yalnız bu müayinələrdən sonra onlara arayış təqdim ediləcək. Həmin arayış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına təqdim edilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Onu da qeyd edək ki, MDB məkanında ilk dəfədir ki, Azərbaycanda evlənmək istəyənlər üçün tibbi müayinənin vacibliyi həyata keçirilir.
Maraqlıdır, bu tələb ailə qurmaq istəyən gənclərdə hansısa qorxu yarada bilərmi? Yaxud da bunu yeni rüşvət tələsi adlandıra bilərikmi?
Psixoloq Azad İsazadə tibbi müayinənin ailə qurmaq istəyən gənclərdə müəyyən psixoloji gərginlik yarada biləcəyini dedi: “Uşaqlıqda, gənclikdə xəstəlik keçirib ailə qurmaq istəyən gənc psixoloji cəhətdən hansısa narahatlıq keçirə bilər. İnsan adi bir müayinəyə gedəndə istər-istəməz həyəcan keçirir ki, birdən nəsə problem olar. Yəni evlilikdən qabaq keçirilən müayinə böyük bir problem yaratmamalıdır. Müayinədən və nəticədən asılı olmayaraq, dövlət ailə qurmağa qadağa qoymur. Sadəcə olaraq, şərt qoyur ki, hər iki tərəf əvvəlcədən bilməlidir ki, kiminlə ailə qurur. İndi bəzi xəstəliklər var ki, o genetikdir. Bəzən də cütlük o baxımdan bir-birinə problem yarada bilər.
Buna görə ailə qurmaq istəyən hər iki gəncin problemlərini əvvəlcədən bilməsi yaxşıdır. Ailə quranda hər iki tərəf bilməlidir ki, onları nə gözləyir və hansı problemlərlə rastlaşacaqlar. Ona görə də mən hesab etmirəm ki, bu böyük bir problemdir. Bu müayinənin yeni rüşvət tələsi olub olmamasına gəlincə isə bacaran hər yerdən pul çıxardır. Bu olmasaydı başqa cür edəcəkdilər. Evlənmədən əvvəl tibbi müayinədən keçmək qərarı ailə quranların sayında azaltma yaratsa belə, bu o qədər balaca bir rəqəm olacaq ki, hiss etməyəcəyik. Evlənmək istəyənlərin sayının azalmasında maddi, sosial vəziyyətin ağırlığı, evinin olmaması amilləri daha çox rol oynayır nəinki onun sağlamlığı. Yəni tibb müayinəsi gənclərin ailə qurmasına elə də maneçilik törətməyəcək”.
Maraqlıdır ki, gənclər bu haqda nə düşünür? Bir neçə gənc arasında sorğu keçirib onların da fikrini öyrəndik.
Günay Quliyeva tibbi müayinənin vacib olduğunu bildirdi: “Mən bu tələbi çox bəyəndim. Düzgün qərardır. Ailə qurduğumuz insanın hansı xəstəliklərin daşıyıcısı olduğunu bilməliyik. Düşünürəm ki, bu tələb boşanmaları da azaltmış olacaq”.
Fərid Əliyev isə bunun rüşvət tələsi olduğunu bildirdi: “Hər hansısa xəstəliyi olan insan gedib pul verəcək, o da nəticələri yaxşı yazacaq. Bu, yeni pul tələsindən başqa bir şey deyil”.
Elgün Ağayev isə ailə qurmağa hazırlaşdığını və tibbi müayinədən keçəcəklərini dedi: “Tibbi müayinədən keçmək qərarı yaxşıdır. Amma bu heç nəyi dəyişməyəcək. Yəni ki, ailə qurduğun insanı seçmisənsə, onun xəstəliyi nə olur-olsun ailə quracaqsan. Xəstəliyinə görə kimisə atmaq olmaz. Heç kim bu müayinədən keçməyəcək. Pulunu verib arayışını alacaq”.
Qeyd edək ki, ailə qurmaq istəyən gənclər nikahı bağlayan rəsmi şəxsə rüşvət verib tibbi arayış olmadan nikahlarını bağlatdırsalar, həm nikahı bağlayan şəxs, həm də tibbi müayinədən imtina edən şəxs qanunvericiliklə məsuliyyətə cəlb olunacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam