Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

VAŞİNQTONDA KÜRD TOPLANTISI-Regionda yeni kürd qurumunun necə yaradılacağı müzakirə edilir (SİYAHI)

Sərdar Turqut

“Habertürk”ün Vaşinqton təmsilçisi, 15 noyabr 2018-ci il

 

Yenixeber.org: Çərşənbə günü Vaşinqtondakı Kürd İnstitutu, Beynəlxalq mətbuat mərkəzinin konfrans zalında “Orta Şərqdə İŞİD sonrası geopolitik inkişaf” mövzusunda toplantı təşkil edib. YPG-nin həm regiondakı, həm də Vaşinqtondakı öndə gələn şəxslərinin qatıldığı bu toplantıda iştirakçıların siyahısına baxdıqda, məsələnin ilk baxışda təqdim edildiyi qədər məsum bir akademik müzakirə olmadığı bəlli olur.

Bu şəhərdə ilk dəfə işlədiyim dövrdə mənə Pentaqondakı iş otağında Şimali Suriya və İraqı əhatə edəcək şəkildə cızılmış“Kürdüstan xəritəsi”ni göstərən şəxs də bu toplantıda iştirak edirdi.

Beləliklə, bu toplantının rəsmi olaraq açıqlanmayan məqsədi, əslində, regionda bir kürd qurumunun necə qurulacağı məsələsinin aydınlaşdırılması ilə bağlı idi.

Əgər bu toplantıda iştirak edənlərin aşağıda verdiyim siyahısına baxsanız, məsələnin Vaşinqtonda nə qədər güclü şəxslərlə müzakirə olunduğunu görərsiniz.

Vaşinqtondakı bu toplantının Türkiyə ilə ABŞ arasında Fəratın şərqinin gələcəyinin müzakirə olunduğu bir dövrdə olması, təbii ki, təsadüfi deyil. Vaşinqtondakı Kürd İnstitutu, İŞİD sonrası dövrdə regiondakı YPG ünsürlərinin İranın genişlənmə siyasətinə qarşı dura biləcək ən təsirli güc olması fikrini də yeridir.

 

                         Əslində çıxılmaz vəziyyətdədirlər

 

İllər öncə o xəritəni mənə göstərən amerikalı vəzifəli şəxsin də birinci məqsədi regionda İsrailin maraqlarını qorumaqdır. Bu toplantıdan da göründüyü kimi, o, bugünkü şərtlərdə bunun YPG ilə əməkdaşlıq etməklə mümkün ola biləcəyi fikrini müdafiə edir. Təbii ki, bu da mövcud şəraitdə ABŞ dövlətinin rəsmi siyasətilə ziddiyyət təşkil edir.

Lakin bütün bunlara rəğmən, Vaşinqtonda ABŞ rəsmilərinə bu prosesin dalana dirəndiyini və Türkiyəni qane edəcək və razı salacaq bir formul tapmadan regionda sülhün olmayacağını yorulmadan, davamlı olaraq anlatmaq lazımdır.

Yeni formalaşan Konqresdəki ab-hava da Türkiyənin bu tip arqumentlərinin daha rahat eşidilə biləcəyi yeni dövrün xəbərçisi ola bilər. Türkiyə yaranmış bu vəziyyətdən yararlanmalı və ictimai əlaqələrdən təsirli formada istifadə edərək, ən azı kürdlər qədər, Vaşinqtonda öz tezislərini anlada bilməlidir.

 

Kürd İnstitutunun təşkil etdiyi toplantıda iştirak edənlərin siyahısı

 

1. İlham Əhməd, Suriya Demokratik Şurasının Baş katibi

2. Bassam İshak, Suriya Milli Şurasının prezidenti (Suriya)

3. Giran Özcan, HDP-nin ABŞ təmsilçisi

4. Nəcməddin Kərim, Kərkükün sabiq valisi

5. Ami Austin Holms, Vilson Beynəlxalq Alimlər Mərkəzinin elmi işçisi

6. Devid Pollok, Vaşinqton İnstitutunun layihə direktoru

7. Harold Rod, Qeitstoun İnstitunun baş elmi işçisi

8. Sara N. Stern, Yaxın Şərq Həqiqətinə Töhfə Fondunun təsisçisi və prezidenti

9. Aykan Ərdəmir, Demokratiyaların Müdafiəsi Fondunun baş elmi işçisi

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam