Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qaşıqçı cinayətini Türkiyənin üstünə yıxmaq istəyirlər

 

 2 oktyabr tarixində itkin düşən və Səudiyyə Konsulluğunda öldürüldüyü demək olar dəqiqləşən jurnalist Camal Qaşıqçı haqqında aparılan istintaqda Səudiyyə Ərəbistanı məsum rolunu oynamağa davam edir.
 
Yenixeber.org: “Vaşinqton Post”-un Səudiyyə Ərəbistanlı müəllifi jurnalist Camal Qaşıqçı, 2 oktyabr tarixində İstanbuldakı Səudiyyə Konsulluğuna nikah əməliyyatları üçün girmiş, bir daha da oradan çıxmayıb.
Hadisə ilə bağlı Türkiyə hərtərəfli və diqqətlə davam etdirilən bir istintaq aparır. Bu istintaq çərçivəsində hadisənin ortaya çıxması üçün hər detal araşdırılırkən, xüsusilə beynəlxalq mətbuatda çıxan xəbərlər, Türkiyəni qaralama məqsədi güdür.
 
SƏUDİYYƏ ÜÇ MEYMUNU OYNAYIR
 
ABŞ-da fəaliyyət göstərən bir Səudiyyəli olan Camal Qaşıqçı, vətəndaşı olduğu ölkənin rəhbərliyi tərəfindən önəmsənmir. Diqqət yetirmək bir yana, vəhşicəsinə qətlə yetirilən Qaşıqçı-nın ölümünə dair istintaqı baltalamağa, dəlilləri aradan qaldırmağa çalışır.
Vəliəhd şahzadənin ən yaxınındakı 15 nəfərin olduğu, bütün detallara qarşılıq bu hadisədə barmağı yoxmuş kimi davranan Səudiyyə rəhbərliyi, “cinayətlə bizim heç bir əlaqəmiz yoxdur, amma hadisə bizim torpaqlarımızda baş verdiyi üçün bizi maraqlandırır” kimi göstərirlər. Səudiyyənin bu davranışı cinayəti Türkiyənin üzərinə yıxmaq istədiklərinə işarə kimi görünür.
 
BEYNƏLXALQ MEDİANIN ƏMƏLİYYATI
 
Qaşıqçı hadisəsi jurnalistika baxımından dəyərli bir məsələ olsa da, dezinformasiyaya məruz qalan bəzi məlumatlar beynəlxalq aləmdə etibarsızlaşdırmaq üçün istifadə edilməkdədir.
Xüsusilə cinayətin Səudiyyə Konsulluğunda işlənməsi bir yana, İstanbulda həyata keçirilməsi detalına diqqət çəkən yerli Səudiyyə mediası, cinayəti Türkiyənin üzərinə yıxmağa çalışır.
Səudiyyə mətbuatının davranışı bir yana, ABŞ və Avropa mediası hadisəyə Türkiyəni daxil edən xəbərlərin altına imzasını atır. Xüsusilə son günlər ortaya çıxan "adsız Türk rəsmiləri" ilə başlayan xəbərlərin artım göstərməsi, hadisəyə bilavasitə Türkiyəni çəkməyə çalışan bir mövqe olduğu istiqamətində qiymətləndirilir.
 
ƏSİLSİZ İDDİALAR
 
Mətbuatda çıxan xəbərlərin həddi hesabı yoxdur. Xüsusilə yalanlar üzərində inşa edilən çoxsaylı xəbər, beynəlxalq səviyyədəki bu araşdırmaya zərər verərək, pis niyyətli bir şəkildə cinayəti Türkiyənin üzərinə yıxmaq məqsədini daşıyır.
 
MİT YALANI
 
Ərəb mətbuatında yer alan xəbərlərdən biri də Qaşıqçı-nın nişanlısı olan Xədicə Çingizin MİT casusu olması ilə bağlıdır. Dezinformasiya xarakterli xəbərə görə, Qaşıqçı MİT tərəfindən istifadə edilən bir adam kimi göstərilməyə və ölümündə də Türkiyənin barmağının olduğu görüntüsü yaradılmağa çalışılır.
 
30 MİLYARD DOLLAR
 
Türkiyənin bu işin içində olduğu yalanını yayanlar, eyni zamanda cinayətin üstünü örtməsi üçün Səudiyyə Ərəbistanından 30 milyard dollar pul aldığını da iddia edirlər. Xüsusilə son günlər müxalif təbəqə tərəfindən biraz çox paylaşılan bu xəbər də sosial media yalanlarından biridir.
 
ETİBARSIZLAŞDIRMA YALANLARI
 
Bu əsassız iddialar hər nə qədər yalan olsa da, məlumat çirkliliyi yaradacaq ifadələr də özündə daşıyır. Etibarsızlaşdırma və pis niyyətlərlə yayılan bu xəbərlər sosial mediada həm Türk, həm də xarici istifadəçilər tərəfindən də paylaşılır ki, bu vəziyyət də media üzərində də qarşılıq yaradır.
Səudiyyə gündəmində dolaşan bu iddialar Türkiyə gündəminə çirkli əməlləri olan şəxslər tərəfindən daşınır. Xüsusilə FETÖ-nun saxta hesabları və trollar kimi tanınan adamlar bu məqamda qarşıya çıxır.(müxalifət)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam