Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncədə polisi öldürən Rəşadın dəhşətli cinayətləri- Qətl, soyğunçuluq...

Gəncədə polisi öldürən Rəşadın dəhşətli cinayətləri - Qətl, soyğunçuluq...
Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.
Yenixeber.org: Qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyevdir.

Məlumata görə, Rəşad Məmmədəli oğlu Böyükkişiyev 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olub. 19 yaşında qətl törədib və 02.10.2007-ci ildə AR CM-nin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib.

Həbs müddəti bitdikdən sonra Rusiya Federasiyasına gedib. Lakin orada azadlıqda çox qala bilməyib. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımov kimi o, da şiə məzhəbli radikal dindardır. Mütəmadi olaraq İran İslam Respublikasına səfərlər edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam