Dünya liderləri hansı futbol komandasını dəstəkləyir?
Yenixeber.org: Geniş kütlənin sevimlisi olan, böyük maraqla izlənən futbol dünyanın inkişafına istiqamət verən siyasi liderlərin də diqqətini cəlb edir. Bir çox dövlət adamı, prezident tutduğu komandaları açıqlamaqdan çəkinmir. Siyasətçilərin azarkeşlik etdikləri futbol komandaları barədə məlumat veririk:
Qərarları ilə bütün dünyanın diqqətini üzərinə çəkən Şimali Koreyanın lideri Kim Conq Un İngiltərənin “Mançester Yunayted” klubuna azarkeşlik edir.
Rusiya prezidenti Putin “Zenit Sankt-Peterburq” komandasını dəstəkləyir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, keçmiş prezident Nəcməddin Ərbakan “Fənərbağça”-ya, Baş Nazir Binəli Yıldırım “Qalatasaray”-a, Ərdoğandan öncə prezident olmuş Abdullah Gül isə “Beşiktaşa”-a azarkeşlik edir.
Təkcə Türkiyədən deyil, dünyadan da Türkiyə klublarına azarkeşlik edən dövlət xadimləri də var. Pakistanın keçmiş dövlət başçısı Pərviz Müşərrəf də “Beşiktaş” futbol komandasının rənglərinə könül verib.
Qalmaqalları ilə heç vaxt gündəmdən düşməyən keçmiş İtaliya prezidenti Silvio Berluskoni ölkəsinin “Milan” komandasını dəstəkləyir.
Fransa prezidenti E.Makron “Marsel”, Almaniya kansleri Angela Merkel “Borussiya Dortmund” komandasına azarkeşlik edir.
ABŞ prezidenti Donald Tramp isə futbol matçlarını deyil, Amerikada məşhur olan basketbol qarşıdurmalarını izləyir. Trampın sevimli klubu “Filadelfiya 76ers”-dir. Onun sələfi Barak Obama isə futbola maraq göstərir və o da Şimali Koreya prezidenti kimi İngiltərənin Premier Liqasından bir komandanı dəstəkləyir: “Uest Ham Yunayted”.(minval)
Dəniz