Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Plastik butulkalara vergi qoyulacaq

 

Plastik butulkalara vergi qoyulacaq

 

"The Telegraph" qəzeti yazır ki, Britaniya hökuməti okeanları çirkləndirən tullantılarda plastik materialların azaldılması məqsədilə plastik butulkalara 22 pens vergi qoymağı planlaşdırır

Yenixeber.org: Ətraf Mühit Nazirliyi bu məqsədlə Danimarka, İsveç və Almaniyada olduğu kimi belə butulkaların məntəqələrdə qəbulunu təşkil etmək niyyətindədir.

Bu sxemə görə Avropa müştərisi plastik butulkanı məntəqələrə qaytardıqda alış zamanı ödədiyi 8-22 pensi geri almaq hüququna malik olur.

Bu məqsədlə insanlar plastik, metal və şüşə tullantılarını xüsusi dəzgahlara daxil edə biləcəklər.

Son vaxtlar okean sularının plastik butulkalar və başqa əşyalarla çirklənməsi ciddi təhlükə həddinə çatıb.

Bəzi hesablamalara görə dünya okeanında 150 milyon ton plastik var.

Alimlər bildirirlər ki, hər il bir milyon quş və 100 minədək məməli bu plastik maddələri yeməkdən və ya onlara ilişib qalmaqdan tələf olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam