Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ödəmə terminalları camaatın pulunu necə "yeyir"?- ARAŞDIRMA - VİDEO - FOTO

 

Ödəmə terminalları camaatın pulunu necə "yeyir"?

 

Paytaxt sakinlərinin əsas gileylərindən biri də ödəmə terminallarının normal işləməməsidir

Yenixeber.org:  ARB TV-nin "Günə doğru" verilişi mövzu ilə bağlı süjet hazırlayıb.

Əksər şikayətçilər qarşılaşdığı bu kimi çətinlikləri sosial şəbəkələrdə paylaşmaqla öz iradlarını da bildirirlər. Bu problem daha çox, ictimai nəqliyyatda istifadə olunan ödəmə kartlarında özünü biruzə verir. Ya ödəniş olunan məbləğ karta köçmür, ya da aparatda texniki problem yaranır.

Sakin: "Çox olub, yükləmişəm, "çek" verib amma köçməyib".

Ödəmə terminallarının istismarını həyata keçirən şirkət belə halların baş verməsinə bir neçə amilin səbəb olduğunu etiraf edir. Şirkət rəsmisi burada vətəndaşların da bir az məsuliyyətli olmasını vacib sayır.

Ülviyyə Əfəndiyeva - Şirkətin rəsmisi: "Vətəndaş kartı tez götürdükdə məbləğ tam oturmur. Texniki problem də ola bilər. Belə problem olduqda məbləğ itirilmir".

Vətəndaş itirdiyini düşündüyü məbləği əldə etmək üçün müştəri xidmətlərinə müraciət etməlidir. İT üzrə mütəxəssis Sadiq Mirzəyev serverlərarası əlaqənin pozulmasının bu kimi itkilərə səbəb ola biləcəyini deyir. Şirkətdən onu da bildirdilər ki, vətəndaşların qarşılaşdığı problemi həll etmək üçün sistemə yenilik də edilib. Bu yeniliklə itirilən məbləği yenidən bərpa etmək olar. Amma əksər vətəndaşlar bundan xəbərsizdir.

Ülviyyə Əfəndiyeva - Şirkətin rəsmisi: "Biz bunun üşün öz aparatlarımızda bərpa düyməsini əlavə etmişik ki, vətəndaşlar öz kartını yenidən qoyub, həmin düymə vasitəsi ilə öz itirilmiş məbləğini yenidən bərpa etsinlər".

Bu kimi problemlə qarşımamaq üçün sərnişin olaraq biz özümüz də diqqəti əldən verməməliyik. Amma iş icraçıları da öz məsuliyyətlərini unutmamalıdır.

 Videonu izləmək üçün şəklə klikləyin:

Ödəmə terminalları camaatın pulunu necə yeyir? - ARAŞDIRMA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam