Yenixeber.org: Amerikalıların sadəcə 8%-i çılpaq yatarkən, Avropada bu rəqəm daha yüksəkdir. Məsələn, ingilislərin üçdə biri çılpaq yatır. Çılpaq yatmağın sağlamlığa bir çox faydası var.
Çılpaq yatmağın 10 faydasını sizə təqdim edirik:
Yuxusuzluğa çarədir
Avstraliyada aparılan bir araşdırmaya görə, sağlam şəkildə yuxuya getmək üçün bədən temperaturunun aşağı düşməsi lazımdır. Qalın gecə geyimləri və corab orqanizmin özünü soyutmasına mane olur.
Daha dərin və uzun yuxu
Hollandiyada aparılan bir tədqiqatda, üzərində təcrübə aparılan insanlara onların bədən hərarətini aşağı salan termal gecə geyimləri geyindirilib. Tədqiqatın sonunda onların daha dərin yuxuya getdikləri və bu dərin yuxuda daha uzun müddət qaldıqları müəyyən olunub.
Qarnı yuxuda əridir
ABŞ-da aparılan tədqiqatda, soyuq otaqda yatan kişilərin daha çox kalori yandırdığı və insulin həssaslığının daha inkişaf etmiş olduğu görülüb. Gecələr orqanizmi təbii yollarla soyutmaq lazımdır. Bu, iştahımızın açılmasına səbəb olur, lakin daha sağlam qidalar qəbul etmək istəyirik.
Tez yaşlanmanın qarşısını alır
Yenə ABŞ-da aparılan bir araşdırmaya görə, yuxu böyümə və melatonin hormonlarının hərəkətə keçməsində əhəmiyyətli rol oynayır. Bunlar ən təsirli anti-aging hormonlarıdır. Çılpaq yatmağın yuxu keyfiyyətini artırdığı göz önünə alındıqda, qocalmağa qarşı təsiri də ortaya çıxır.
Dəri xəstəliklərinə son
Xüsusilə, ayaq, qoltuqaltı və intim bölgələrin havalandırılması ayaq göbələyi kimi xəstəliklərin qarşısını almaq üçün çox faydalıdır.
Diabetin qarşısını alır
2014-cü ildə aparılan araşdırmaya görə, sərin hava yatmaq insanlarda maddələr mübadiləsini gücləndirir, qan şəkəri səviyyəsini salır, hətta Tip 2 diabetinə mane olur. Elm adamları çılpaq yatmaqla bədən temperaturunu aşağı salanların bir neçə həftə ərzində piylərdən xilas olduğunu müəyyən ediblər.
Qan dövranını tənzimləyir
Biləyinizi sıxan corab, belinizi sıxan şalvar kimi geyimlər yuxuda qan dövranını çətinləşdirir. Çılpaq yatılaraq təmin edilən qan dövranı ürəyə, əzələlərə və damarlara yaxşı təsir edir.
Sağlam cinsi həyat
Təbii olaraq isti və rütubətli orqan olan uşaqlıq yolu göbələk və bakteriyalar üçün də ideal bir sahədir. Çılpaq yatan qadınlar cinsi orqanlarının daha çox hava almasını təmin etməklə bu göbələk və bakteriyaların işini çətinləşdirirlər. Kişilərin də cinsi orqanı soyuq mühitlərdə daha keyfiyyətli sperma istehsal edir.
Cütlüklərə iki qat fayda təmin edir
Çılpaq yatan cütlüklərin bədən təması artır. Bunun sayəsində bədənin orqazmı zamanı da ifraz etdiyi oksitoksin hormonu daha çox istehsal olunur. Bu hormon stressə, depressiyaya və yüksək təzyiqə təsir edir.
Özünə inamı artırır
Çılpaq bədəni ilə barışıq olmağın insanda özünə inamı artırdığına dair nəzəriyyələr var. Özünə inam insanın cəmiyyətlə münasibətlərinə də təsir edir. GoldNews.Az