Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Fövqəlnazir”in nəzarətindəki sayt Ramiz Mehtiyev haqda nə yazdı?

 

“Fövqəlnazir”in nəzarətindəki sayt PA rəhbəri haqda nə yazdı və yazdığını niyə sildi?

  "Xeberinfo.com": Hakimiyyət dəhlizlərində fövqəladə hallar naziri Kəmaldəddin Heydərovun nəzarətində olan media orqanlarının birində bir neçə ay əvvəl Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev barədə dərc olunmuş yazı müzakirələrə səbəb olub.

   PA rəhbərinin Azərbaycanı yönəldən yeganə şəxs kimi təqdim olunduğu həmin yazı bir neçə saatdan sonra saytdan yığışdırılıb. Indi hər kəsi düşündürən bir məsələ var: Bu yazının yazılmasını və onun saytdan götürülməsi tapşırığını kim verib?

Başqa versiyalara görə isə yazının sifarişi elə Prezident Administrasiyasından gəlib. Lakin fövqəladə hallar naziri Kəmaləddin Heydərov bundan ehtiyat edərək yazının çıxarılmasını tapşırıb.

Qısası, hazırda hakimiyyət dəhlizlərində əsasən bu məsələ müzakirə mövzusudur.

   Qeyd edək ki, buna oxşar hadisə İlham Əliyevin hakimiyyətin ilk illərində də baş verib. O zaman “Azərbaycan” qəzetində Ramiz Mehdiyev haqqında geniş həcmli yazı dərc olunub. PA rəhbəri ölkənin az qala bir nömrəli şəxsi kimi  təqdim edilib. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetində isə buna cavab olaraq Ramiz Mehdiyevin əleyhinə məqalə dərc olunub. Hazırda “Yeni Azərbaycan”ın həmin sayını hətta arxivdə tapmaq belə mümkün deyil. Lakin “Azadlıq”ın redaksiyasında var. Çalışacağıq yaxın günlərdə həmin yazını oxucuların diqqətinə çatdıraq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam