Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zərrab ikinci prosesə mülki geyimdə gətirildi, sensasion bəyanat verdi:"Məni həbsxanada ölümlə təhdid edirlər" -İş adamının ifadəsi

ABŞ-ın Nyu-York məhkəməsində bu gün keçirilən azərbaycanlı milyarder, İran və Türkiyə vətəndaşı olan Rza Zərrab həbsxanada ölümlə təhdid edildiyini açıqlayıb.

Yenixeber.org: Xarici mətbuata istinadən bildirilir ki, o, buna görə Mərkəzi Kəşfiyyat İdarəsinə aid olan bir məkanda saxlanıldığını bildirib. Lakin o, kim tərəfindən, necə və niyə təhdid olunduğuna dair detallı danışmayıb.  

Qeyd edək ki, dünənki prosesə məhbus geyimində, ayaqları qandallı gətirilən Zərrab bugünkü prosesə mülki geyimdə gəlib.

O, məhkəmədə "Xalqbank" sədrinin beynəlxalq məsələlər üzrə müavini Mehmet Hakan Atillaya qarşı ifadəsini davam etdirib.

Zərrab bildirib ki, hmin dövrdə ABŞ-ın sanksiyası ilə üzləşən İran pullarını Hindistandan da çıxarmaq istəyiblər. Bu məqsədə də adını xatırlaya bilmədiyi bir hind şirkəti ilə də 2012-ci ildə danışıqlar aparıblar: "Oradakı pulu  Ərəb Türk Bankı vasitəsi ilə transfer etdik".

Pulu türk lirəsinə niyə dəyişdikləri barədə suala cavab verən Zərrab deyib ki, pulu dollarla köçürsəydilər, o öncə ABŞ-a gedəcəkdi: "Avro ilə olsaydı, Avropaya. Ona görə lirə köşürdük ki, pul Türkiyədə qalsın, çıxmasın".

Rza Zərrab Türkiyənin o illərdəki iqtisadiyyat naziri olan Zəfər Çağlayan və İranlılar arasında çoxlu görüşlər keçirdiklərini də deyərək, bunlardan bir neçəsinin də "Xalqbank"da baş tutduğunu bəyan edib: "Ancaq bu görüşlərdə İranın neft naziri iştirak etməyib".

Prokurorun "Həmin görüşdə bankdan kimlər vardı" sualına Zərrab belə cavab verib: "Süleyman Aslan və Mehmet Hakan Atilla".

Zərrab şirkətinin daxili mühasibatlığına dair ortaya qoyulan dəlillərə gəldikdə isə, onların İranla aparılan ticarətə və ödənilən pullarla bağlı sənədlərə aid olduğunu təsdiq edib.

Həmin sənədlər elan olunarkən, Zərrab onlardan birinin hədiyyə üçün çox bahalı qol saatına aid olduğunu, "S.A." hərfləri ilə işarələnmiş sənədlərin isə "nağd ödəmə" anlamına gəldiyini deyib. Digər bir sənəddə isə "nağd" qrifi ilə 2 milyon avro ödənildiyi açıqlanıb. 

Həmin sənədlərin içində kimlərə nə qədər rüşvət verilməsindən bəhs edən faktlara gəldikdə isə, Zərrab bunu belə izah edib: "Həmin rüşvət sənədlərinin bir hissəsində bilərəkdən saxta, yanlış adlar göstərilib".

Zərrab bundan sonra hazırda müttəhim kürsüsündə oturan Atillaya heç vaxt rüşvət vermədiyini bəyan edib: "Zatən, o, heç vaxt rüşvət istəməyib".  

Zərrab Çində də oxşar ticarət sistemi yaratmaq üçün şirkət qurduğunu və bir neçə ay həmin şirkəti də işlətdiyini deyib.

Bu zaman Zərrabın işçisi Rüçhan Bayarın Çindəki işlə bağlı atdığı bir elektorn məktubun sübut kimi istintaq sənədləri arasına daxil edilməsinə Mehmet Hakan Atillanın vəkili Keti Fleminq etiraz edib: "Bu köksüz və şaiyə əsaslıdır".(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam