Bu şənbə dünyanın sonudurmu– daha bir qiyamət günü iddiası
Yeni iddia, ilginc detallar və elmi araşdırmaların maraqlı nəticəsi
Yenixeber.org: Planet və ulduzların hərəkətlərini incələyən komplo teoristləri İncildə yer alan bir kəhanətə istinad edərək, 23 sentyabr 2017-ci ildə qiyamət qopacağını iddia edib. Son bir neçə ildə qiyaməti heç cür “qopara bilməyənlər” bu dəfə də 23 sentyabr 2017-ci il tarixinə işarə verib. Müqəddəs kitablarda yazılır ki, qiyamət gününü ancaq günahkar insanlar görə biləcək.
“Vəhy 12 işarəti” olaraq bilinən yeni bir teoriya isə qiyamətin Günəşlə geyinmiş, ayaqları altında Ay, başında da 12 ulduzlu tac olan bir qadının görünməsi ilə bərabər qopacağını iddia edir. Komplo teorisyenləri şir və qız bürclərini astronomik sürətinin planetlərlə bərabər yaratdığı pozisiyanın bu kəhanəti ortaya çıxardığını deyir. Bu ilginc teoriyanı müdafiə edənlər kəhanətdə haqqında danışılan qadının qız bürcünü, ulduzlu tacı da şir bürcünün təmsil etdiyini bildirirlər.
23 sentyabr 2017-ci ildə Ay qız bürcünün ayaqları altında yer alacaq və Günəş ulduzu boyunca keçidini edəcək. Bu teoriyanı müdafiə edən və yayan internet saytları hesab edir ki, sözügedən hadisə 7 il davam edəcək böyük sıxıntıların da içində olacağı iki mərhələli bir zaman kəsimində baş verəcək. Bu müddət ərzində insan oğlunun böyük təbii fəlakətlər yaşayacağı da fəlakət xəbərçilərinin dedikləri sırasındadır.
Ümumi xətləri etibarilə İncildə yer alan teoriya əslində ümumən xristian aləmi tərəfindən rədd edilir. Xristianlar qiyamətin əlaməti olaraq İncildə yer alan 2 fikri mənimsəyirlər.
1. Selaniklilər 4:16-17-yə görə, cənnət tanrının həyatda olanları buludlara alıb, götürəcəyi günlərə qədər açıq qalacaq.
2. Petrus 3:10-da isə yazılır ki, “Amma Rəbbimin günü oğru kimi gələcək. O gün göylər böyük bir gurultu ilə ortadan qalxacaq, maddi nəsnələrin hamısı yanıb kül olacaq, Yer üzündə edilmiş hər şey yanıb tükənəcək”.
Amma qiyamətə inanmaq “Vəhy 12 işarəti”nə inanmağı vacib bilmir. Bu teoriya amerikalı - youtube kanalı sahibi Villiam Tapley tərəfindən 2011-ci ildə yüklənən və sürətlənmədən bəhs edən “Stellarium” adlı bir video ilə ortaya atılıb.
Bir “araşdırmaçı” olan David Meade, “Planet X: The 2017 Arrival” adlı kitabında dünyanın bu il 23 sentyabrda yox olacağını iddia edir. Bununla da kifayətlənməyən Meade dünyanın sonuna qarşı varlıların indidən sığınacaqlar hazırladıqlarını, yəni, onların da bu həqiqətin fərqində olduğunu, ancaq biz sıradan insanlarla paylaşmaqdan qaçdıqlarını iddia edir. Cəmiyyətin qaranlıqda buraxıldığı və beləcə təşviş atmosferinin yaradılmasına da mane olduqlarını sözlərinə əlavə edib.
Meadenin sübutları isə belədir:
- Zəlzələlərin sayı və çoxluğu dramatik bir şəkildə artır.
- Fırtınaların sayı da, miqyası da, növləri də arta-arta gedir. Dünya üzərində çatların sayı artır. İsti hava dalğalarının müddəti də, sərtliyi də artır.
23 sentyabr 2017-ci ildə Ay, Virgo (Qız) ulduzunun tam altında sürət götürəcək. Günəş bu ulduzu örtəcək və yalnızca 2017-ci ildə yaşanan bu hadisə nəticəsində bir doğuş yaşanacaq. Gupiter də 9-9-17-də doğmuşdu.
Bir sonrakı hadisədə isə yeni doğan bu “Planet X” (X Gezegeni) səmanı qapayacaq və dünya ilə Ay bir sonrakı bütöv aya qədər kölgədə qalacaq.
“Qiyamət günü sığınaqçısı” Robert Vicino da Nibirunun gəldiyini deyir. Varlıların da həyatda qalmaq üçün sığınacaqlar hazırladığını deyən Vicino aşağıdakıları vurğulayıb: “Rusların nəyə görə 40 milyon nəfərlik bir sığınacaqları var, heç düşündünüzmü?
Vicino eyni zamanda İncilin də qiyamətdən danışdığını bir daha xatırlatma ehtiyacı hiss edir. “Həyatda qalmısız və yaralanmısızsa, radiasiyadan yanmısızsa küçələrdə siçanlar və digər insanlarla aclıqla mücadilə edərək, dünyadakı cəhənnəmdə həyatda qalmağa çalışacaqsız” yazan Vicino bununla da işin nə qədər ciddi səviyyəyə çatdığını göstərir...
Numerologiyaçı David Meadenin, “X Gezegeni-2017 Gəlir” (Planet X-The 2017 Arrival) adlı kitabında dünya ilə toqquşacağını iddia etdiyi Nibiru adlı planetin Cənubi Kutbu bölgəsindən yaxınlaşdığı səbəbdən NASA tərəfindən görülmədiyinə inananlar var.
NASA təkzib etdi
Bu arada ən sivil mədəniyyətlərdən bu günə qədər fəlakət ssenariləri ilə əlaqələndirilən Günəş tutulması bu dəfə də mübahisələr yaradır. Ən populyar ssenarini məşhur ingilis numeroloqu Deyvid Meade ortaya atdı və “Nibiru” adlı sirli, böyük bir planetin Dünya ilə toqquşaraq sonunu gətirəcəyini iddia etdi. NASA isə bunu dərhal yalanladı.
2012-ci il xatırlatması - o zaman da belə demişdilər...
“Yeni Müsavat” isə xatırladır ki, dünyanın sonu ilə bağlı bundan öncəki ən böyük səs-küy 2012-ci ilin 21 dekabrında yaşanmışdı. Oktyabr ayından etibarən dünyada ajiotaj baş alıb getmiş, teoriyalar çoxalmışdı. Hətta həmin vaxt dünyada dağılmayacaq iki məkan olaraq İzmirin Şirincə kəndi və Fransanın qərbindəki bir kənd göstərilmişdi. İnsanlar 21 dekabrda “sağ qalmaq üçün” axın-axın ora gedirdilər. Olaydan bir gün sonra, yəni 22 dekabrda isə NASA “Nə üçün dünən dünya yox olmadı” başlıqlı bir yazı hazırlayaraq, baş verənləri təhlil etmişdi. Yazını yada salaq: “Günəş bütün insanlığı yox edəcək. Qiyamət hekayələri yayanların çox bilmədiyi bir mövzudur bu. Halbuki Günəşin fəaliyyətinin hər 11 ildə bir ən yüksək dərəcəyə çıxması və yenidən normala dönməsi, eləcə də Günəş döngüsü deyilən bu müddətdə Günəşin fəaliyyətləri və onun üzündəki qara dəliklərin sayında dəyişiklik müşahidə edilir. Bu zaman Günəş fırtınaları və partlamalarının da artdığı deyilən tezislər sırasındadır. Bu partlamaların yaydığı elektromaqnit dalğalar dünyanın atmosferinə çataraq telekommunikasiyaya təsir edir. Bu kosmik parçalar eyni zamanda cənub işıqları olaraq bilinən təbiət hadisəsinə səbəb olur. 21 dekabrda dünyanı qızardacaq bir günəş partlaması gözlənmir. Bu ilin noyabr ayında NASA-nın atmosfer üzrə mütəxəssisi Lika Guhathakurta deyib ki, dünyaya ciddi şəkildə təsir edəcək bir günəş fırtınası gözləmirlər”.
Başda çinlilər olmaq üzrə 21 dekabrda falçıları əhatə edən bu qorxuya görə dünya 21 dekabrdan üç gün əvvəl qaralmağa başlamalı və sonra onun sonu gəlməli idi. Həmin inanca görə, dünya 23-25 dekabrda qaranlığa qərq olacaq və sonra yox olacaq. Bəziləri hesab edirdi ki, bu vəziyyət Günəş və dünyanın ilk dəfə bir sıraya gəlməsinə görə qaynaqlanacaq. Beləcə, “New Age” axınının bir parçası olan xəyali Foton qurşağına girəcəyik.
Təşkilatdan deyiblər ki, dünyanın sonu ilə bağlı iddialar şumerlər tərəfindən ortaya atılıb. Onların dediyinə görə, bu iddia Nibiru adlı bir planetin dekabr ayında dünya ilə toqquşacağı ehtimalına söykənir. NASA yetkililəri bu toqquşma üçün daha öncə 2003-cü ilin may ayının versiya kimi irəli sürüldüyünü, lakin bu, baş verməyincə 2012-ci il dekabr ayının variant kimi səsləndirildiyini deyib.
Nibiru planeti ilə bağlı əllərində heç bir ip ucu olmadığını deyən NASA yetkililəri sayta bunları yazıb: “Əgər bu planet həqiqət olsaydı və dünya ilə toqquşacaq bir nöqtədə bulunsaydı, bunu ən azı 10 il əvvəldən bilərdik. Eyni zamanda həqiqətən də 21 dekabrda dünya ilə toqquşacaq olsaydı, Nibirunu indidən göy üzündə çılpaq gözlə görə bilməliydik.
Gördüyünüz kimi, bu iddia zaman-zaman ortaya atılsa da, hər zaman şayiədən uzağa getmir. İnsanların çox az qismi buna inanır, böyük hissəsi isə macəra üçün yazılanları, deyilənləri diqqətlə izləyir. Bütün hallarda qazanan isə işbazlar olur. Kimlərsə özünə tətil proqramı hazırlayır, bir başqaları bol-bol alış-veriş edir... Psixoloq yanına gedib də, depressiyadan qurtulmaq istəyənləri də bu kateqoriyaya aid etsək, yanılmarıq.
Dünya isə dönməkdə, bizləri yaşatmaqda davam edir. Şayiələr hər zaman var və bu, insanlığın vaz keçə bilmədiyi nəsnələrdəndir.