Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycan diasporuna ayrılan ikimərtəbəli binanı kim satıb? –ARAŞDIRMA

 

Hikmət Cavadov binanın satılması faktını niyə sona kimi araşdırmayıb?

Yenixeber.org:   Son günlər Ukraynda fəaliyyət göstərən tanınmış diaspor liderlərinə qarşı aparılan çirkin qara-piar kampaniyasından narahat olan həmin ölkədə yaşayan bir qrup azərbaycanlı adından redaksiyamıza ciddi faktlar təqdim edilib. Onların bildirdiyinə görə, son zamanlar Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycan Dövlət Televiziyasının həmin ölkədəki xüsusi müxbiri Möhsüm Aslanov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev barəsində heç bir əsası olmayan xəbərlər dövriyəyə buraxılır: “Biz bu işlərin arxasında kimlərin  durduğunu dəqiqliyilə bilirik. Yuxarıda adlarını sadaladığımız şəxslərin fəaliyyətini gözləri götürməyən bəzi adamlar belə çirkin kampaniyanı koordinasiyalı şəkildə aparırlar. Hər dəfə bizim yaşadığımız Ukraynaya azərbaycanlı jurnalistlər gələndə biz sevinirik. Ancaq sonra məlum olur ki, özlərini diaspor lideri adlandıran bəzi şəxslər soyadşımız olan jurnalistləri nələrinsə müqabilində öz çirkin məqsədlərini həyata keçirmək üçün vasitəyə çevirirlər.

Biz heç də Ukraynaya səfər etmiş bütün azərbaycanl jurnalistləri bu kateqoriyaya aid etmirik. Ancaq son vaxtlar reallaşan jurnalist turlarından sonra biz yuxarıda adlarını çəkdiyimiz şəxslərə qarşı Azərbaycanın bəzi KİV-lərində məqsədli şəkildə qara piar kampaniyasının aparıldığının şahidi oluruq. Məsələn, bu yaxınlarda Ukraynaya səfər edən jurnalist xanımlardan biri özünü Azərbaycanın populyar telekanallarından birinin işçisi kimi təqdim etsə də, maraqlandıqda məlum oldu ki, həmin adam 4 ildir telekanaldan uzaqlaşdırılıb. Bu kateqoriyadan olan adamlar məqsədli şəkildə yuxarıda adlarını sadaladığımız tanınmış azərbaycanılıar barədə başqa soydaşlarımız vasitəsilə “donos” yığmaqda maraqlı olduqlarını biruzə verirlər. Hətta kiminsə barəsində film çəkmək adı ilə hazırladıqları müsahibə zamanı verdikləri yönəldici suala görə sərt təpkilə belə uzləşiblər. Bizə çirkin kampaniyada iştirak edən jurnalistlərin adları, kimin dəvətilə Ukraynaya gəlmələri və kim tərəfindən maliyələşmələri dəqiq məlumdur.

 

 

Sadəcə, hələlik bu faktı tam çılpaqlığı ilə açıqlamaq istəmirik. Əminik ki, onları bura ezam edən KİV rəhbərləri işçilərinin hansı oyunlardan çıxmalarından xəbərsizdirlər”.
Ukraynada yaşayan soydaşlarımız bildirir ki, onlar jurnalistlərimizin daha ciddi mövzular ətrafında araşdırma aparmalarını istəyirlər:

“Məsələn, bizi ən dərindən maraqlandıran mövzu 2002-ci ildə Kiyev şəhər Meriyası tərəfindən Ukrayna Azərbaycanlıları Konqresinə ayrılan binanın taleyinin sonradan necə olmasıdır? Qeyd edək ki, həmin bina Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti üçün ayrılıb. Həmin vaxt bu işlərə rəhbərlik edən Oqtay Əfəndiyev adlı diaspor nümayəndəsi binanın hansı təyinat üzrə ayrılmasını hamıdan gizli saxlayıb”.
Bildirilir ki, sözügedən binanın verilməsinin zəruri olması ilə bağlı məsələni mərhum prezident Heydər Əliyev Ukraynanın sabiq prezidenti Leonid Kuçma qarşısında qaldırıb.Kuçma isə öz növbəsində Kiyev şəhərinin həmin zamankı meri Omelçenkoya bu məsələnin tez bir zamanda həll edilməsinə dair tapşırıq verib:

“Nəticədə, Kiyevin ən gözəl yerlərindən birində bu məqsəd üçün 418 kvadratlıq 2 mərtəbəli bina ayrılıb. Bu məsələni vaxtilə Hikmət Cavadov adlı diaspor fəalı şef redaktoru olduğu və Ukraynada nəşr edilən “Slovo Azerbaydjana” qəzetində araşdırıb. Həmin araşdırmada qeyd edilib ki, Azərbaycan diasporunun ehtiyacları üçün ayırılan 2 mərtəbəli bina 2005 ci ildə başqa bir firmanın adına keçirilib və sonradan onun yerində tamamilə başqa təyinatlı 4 mərtəbəli ofis inşa edilib. Nədənsə, bu gün Ukraynadakı azərbaycan diasporunun adından ağız dolusu danışan Hikmət Cavadov apardığı zəruri jurnalist araşdırmasını yarıda saxlamalı olub. Elə həmin vaxtdan da Oqtay Əfəndiyevlə Hikmət Cavadov arasında isti münasibət yaranıb. 5 min tirajla çap edilən qəzet isə texiniki səhvliyin olması bəhanəsilə məhv edilib. Hətta həmin qəzetin nüsxəsini Ukraynanın dövlət qurumlarının arxivindən belə tapmaq mümkün deyil.

Çünki həmin nüsxə hər yerdən götürülüb. Məhz deyilən ərəfələrdə Hikmət Cavadov öz təşkilatı adından diasporun 1-ci forumunu keçirib və bina satmaq damğasını vurduğu Oqtay Əfəndiyevi öz təşkilatına fəxri sədr seçdirib. Buna etiraz əlaməti olaraq bir neçə fəal üzv Hikmət Cavadovun təşkilatını tərk etməli olub. Bizdə olan məlumata görə, bu yaxınlarda Ukrayna rəhbərliyinə diaspor üçün binanın ayrılması ilə bağlı müraciət edilən adamlmara “sizə 15 ilə əvvəl bina ayrılıb” kimi cavabın verilməsi həmin şəxsləri bu istiqamətdə dəqiq araşdırma aparmağa vadar edib. Binanın satılmasında əli olanlar isə bundan bərk əndişələndiyi üçün, araşdırmanın izinə düşmək istəyən şəxslər barədə qara piar kampaniyasına start veriblər. Biz jurnalistləri bu məsələdə xüsusilə diqqətli olmağa çağırırıq”.

Azinforum.az olaraq qeyd edirik ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrimiz arasında hansısa intriqanın olması bizi dərindən narahat edir. Biz sayt olaraq fəaliyyətimzdə daima bu cür detllara qarşı olduğmuzu bəyan etmişik.

Lakin Azərbaycan diasporu üçün ayrılan binanın kimlərsə tərəfindən satılaraq, pulunun mənimsənilməsi həm hüquqi, həm də mənəvi məsuliyyət yaradan bir əməldir. Hesab edirik ki, hər iki ölkənin əlaqədar qurumları bu istiqamətdə lazımı araşdırma aparıb, binanın həqiqi sahibi olan Azərbaycan diasporuna geri qaytarılmasına köməklik göstərməlidir. Biz bu istiqamətdə araşdırmamızı davam etdirəcəyik. Ukraynada fəaliyyət göstərən ən tanınmış diaspor liderlərinin bu məsələ ilə bağlı münasibətini öyrənməyə çalışacayıq. Yazıda adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazır olduğumuzu bəyan edirik.

Azinforum.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam