Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlham Rəhimovun Böyük Qayıdışında Putinin planları –ŞOK TƏFƏRRÜAT

Putinin dostunu Azərbaycanda təbliğ etmək üçün Rusiyanın bütün sahələr üzrə, həmçinin mediada kifayət qədər “beşinci kolon” təmsilçiləri var

Yenixeber.org:  Əvvəlki yazımızda Rusiya xüsusi xidmətinin bu ölkədə yaşayan azərbaycanlı milyarder, iş adamı, “Putinin dostu” kimi məşhur olan İlham Rəhimovu Azərbaycana hakimiyyətə gətirmək planından yazmışdıq. Bu barədə saytımıza məlumat verən mənbə daha ilginc iddialarda bulunub. Belə ki, mənbənin iddasına əsasən İlham Rəhimovun prezidentlik iddiası heç də bu günlərdə ortaya çıxmayıb. Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu olmaqla yanaşı Rusiya təhlükəsizlik qurumları ilə sıx münasibəti olan İlham Rəhimovun Azərbaycanda hakimiyyət kreslosunda oturmaq həvəsi daha köhnə tarixə dayanır.

AzToday.az-a danışan mənbənin sözlərinə görə, əslində Rusiya xüsusi xidmət orqanları İlham Rəhimovu 2013-cü ildə Azərbaycanda hakimiyyətə gətirməyi planlaşdırırmış. Plana görə, İlham Rəhimov prezident seçkilərindən bir il əvvəl İlyas İsmayılovun yaratdığı “Ədalət” partiyasını ələ keçirərək sədr olmalı və sonradan partiya lideri kimi prezident seçkilərinə qatılmalıymış. Oxucuların yadındadırsa, həmin ərəfədə “Ədalət”in sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov İlham Rəhimovun partiyanı ələ keçirmək iddiasında olduğunu bildirərək, Kremlin planlarını pozmuş və İlham Rəhimov nə “Ədalət” partiyasına sədr, nə də prezidentliyə namizəd ola bilmişdi. Bu durumda isə Rusiya “B planına” keçərək “Milyarderlər İttifaqını” formalaşdırmışdı.

O zaman baş verən prosseslərlə bağlı məlumatlı olan mənbə bildirir ki, Rusiyada prezident Putinin hesabına böyük biznes imperiyası qurmuş adamın Azərbaycanda niyə partiya sədri olmaq istəməsinin səbəbi çoxlarına bəlli deyildi. Media bu hadisənin üstündə çox da dayanmamışdı. Lakin hakimiyyət dairələrinə və İlyas İsmayılova İlham Rəhimov vasitəsi ilə Kremlin hansı məqsəd güddüyü yaxşı məlum olub. Bir məsələni də haşiyə çıxaraq xatırladaq ki, 2000-ci illərin əvvəllərində İlham Rəhimov “Ədalət” partiyayasında təmsil olunurdu. Həmin dönəmdə “Ədalət” partiyası mediada Rusiyameyilli bir siyasi qurum kimi təqdim olunurdu və İlham Rəhimovun belə bir qurumda sədr müavini olması bu partiyanın Rusiyameylli siyasət yürütməsini təbii hal edirdi. Lakin İlham Rəhimov sonradan partiyanın sədr müavinliyindən istefa verərək Moskvada bisnesə girişmişdi. Və nəhayət, 2012-ci ildə “Ədalət” rartiyasının sədri kimi yenidən siyasi arenaya qayıtmaq istəmişdi.

Cənab Rəhimov siyasi iddialarını, daha doğrusu, başçısı ilə dost olduğu Kremlin planlarını reallaşdırmaq üçün təkcə partiya sədrliyindən deyil, həm də nikah diplomatiyasından istifadə etmişdi. Xatirinizdədirsə, İlham Rəhimov 2012-ci ildə – hansı ki, həmin ildə siyasi partiya sədrliyi ilə bağlı iddiaları meydana çıxmışdı – Milli Məclisin deputatı, komitə sədri, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun anası Rəbiyyət xanımla izdivaca girmişdi.

O zaman bu evlilikdən yazan ölkə mediası sözü gedən izdivacın Fətullah Gülənin “Hizmət” hərəkatına bağlayaraq Elnur Aslanovun hakimiyyətə gətirilmə planının tərkib hissəsi olduğunu iddia etmişdi. Lakin mənbəmiz qeyd edir ki, əslində bu evlilik planlaşdırılan dəyişikliyə “Hizmət” hərəkatının Azərbaycandakı şəbəkəsindən də dəstək almaq məqsədilə qurulmuşdu və bu da izdivac da Kremlin planının bir parçası idi.

Qeyd edək ki, proseslərin sonrakı davamı da mənbəmizin iddiasını təsdiqləyir. Rusiyanın əsas niyyəti və “prezident İlham Rəhimov” planının üstü bizim hakimiyyət tərəfindən tərəfindən açıldıqdan və İlham Rəhimov “Ədalət” partiyasına sədr gələ bilmədikdən sonra Rusiya yeni – “Milyaderlər İtitfaqı” layihəsini işə salmağa məcbur oldu. Bundan sonra İlham Rəhimovla Rəbiyyət xanımın nikahına son qoyuldu. Bu nikahın pozulmasında isə Kremldən daha çox Azərbaycan hakimiyyəti israrçı olub ki, hadisələrin sonrakı gedişi də bunu isbatlamış oldu. Belə ki, Rəbiyyət Aslanova və oğlu çox böyük sürətlə hakimiyyət daxilində nüfuzlarını itirdilər və 2014-cü ildə Elnur Aslanov vəzifəsini, 2015-ci ildə isə Rəbiyyət Aslanova mandatını itirdi. Bütün bunların baş verməsi fonunda Rusiyanın İlham Rəhimovla bağlı planlarının pozulması ilə bağlı iddialar təsdiqini tapmış oldu.

Mənbə bildirir ki, 2013-cü ildə İlham Rəhimovu Rüstəm İbrahimbəyovla əvəzləyən və fiaskoya uğrayan Rusiya yenidən köhnə planını başqa formada işə salmağa qərarlıdır. Əvvəl olduğu kimi planınn reallaşması üçün hazırlığa bir əvvəl başlayıb. Necə ki, 2013-cü il prezident seçkilərində bir il əvvəl-2012-ci ildə hazırlığı partiya sədrliyi iddiası və siyasi evliliklə başlanmışdı, indi də 2018-ci il prezdents seçkilərinə bir qalmış İlham Rəhimov faktoru dövriyyəyə buraxılıb. Ötən yazıda qeyd etdiyimiz ki, İlham Rəhimovun son aylar mediada aktivliyi diqqəti çəkir. Gah Rusiya Ədliyyə Nazirliyinin qapatdığı ən böyük diaspor təşkilatının qeydiyyatı üçün Rusiya rəhbərliyinə minnətçi düşdüyünü yazır, gah ölkəmizin daxili və xarici siyasəti ilə bağlı açıqlamalar verir, gah hüqüq sistemimizlə bağlı ekspert kimi rəy bildirir. Bundan başqa İlham Rəhimov hazırda ölkənin aparıcı media quruluşlarından birini maliyyələşdirir və yeni bir xəbər saytları açaraq açaraq onları maliyyələşdirir.

Digər tərəfdən, bir neçə ildir boşandığı müğənni Ruhinin yanna qayıdır və bu qayıdış üçün də mediaya belə bir nağıl təqdim olunur. Guya kimsə ona Ruhudən olan uşaqlarının şəkillərini göstərib, İlham Rəhimov da uşaqlarını görərək kövrəlib və onların yanına qayıtmaq istəyib. Əslində isə İlham Rəhimov siyasi iddiaların gerçəkləşməsinə 2012-ci ildə olduğu kimi evlilik proqramı ilə başlayıb.

Birinci yazımızda qeyd etdiyimiz kimi, bu siyasi qayıdışdır və Kremlin yeni antiAzərbaycan planını əsas iərkib hissəsi olaraq məhz İlham Rəhimov çıxış etməkdədir. Mənbə onu da qeyd edir ki, ola bilsin seçki ərəfəsində Rusiya yenidən “B planı”na keçid etsin. Bu bütün hallarda siyasi şəraitdən asılı olacaq. Lakin bir məsələ tamamilə aydındır ki, hər hansı bir halda Rusiya Azərbaycanda hakimiyyət dəyəişikliyinə can atacaqsa, Kremlin namizədi birmənalı olaraq İlham Rəhimov olacaq.

Hər şey ciddiləşdiyi halda İlham Rəhimov faktoru Azərbaycan hakimiyyəti üçün ciddi problemə çevriləcək. Çünki Putinin dostunu Azərbaycanda təbliğ etmək üçün Rusiyanın bütün sahələr üzrə, həmçinin mediada kifayət qədər “beşinci kolon” təmsilçiləri var. Azərbaycan müxalifətini də İlham Rəhimovun ətrafında toplamaq Rusiya üçün heç də çətin olmayacaq.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam