Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

“Aqrolizinq” dəki korrupsiya faktları araşdırılacaq

 

     Əli Bayramov ölkəni tərk etməklə istintaqdan yayına bilsə də, onun şərikləri həbs edilə bilər

 

   “Xeberinfo.com”: Mayın 21 də  “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əli Bayramov vəzifəsindən azad edildi və dərhal da ölkəni tərk etdi.  Ölkəni tərk etməzdən əvvəl Əli Bayramov istefaya göndərilməsi ilə bağlı mediaya açıqlamasında belə deyib:  “Mayın 21-də, səhər tezdən kənd təsərrüfatı naziri Heydər Əsədovun yanına getdim. İşdən çıxarılmağım üçün ərizə verdim. Dedim ki, səhhətimdə problemlər var, müalicə üçün Türkiyəyə getməliyəm. Nazirlə söhbətimiz bir saatdan artıq davam etdi və ərizəmi götürdü. Sonra nazir müavini “Aqrolizinq”ə gəldi. Kollektivi topladıq, nazir müavini çıxış etdi, işimdən razılıq etdi, xeyir-dua verdi”.  

Bu məlumatın ardınca isə media Əli Bayramovun ölkəni tərk etdiyini yazdı. Hal-hazırda “Aqrolizinq” ASC-nin İdarə Heyətinin keçmiş sədrinin harada olması ilə bağlı heç bir məlumat yoxdur. Media Əli Bayramovun bu addımını istintaqdan yayınmaq üçün atdığını yazır. Bunun həqiqətə nə dərəcədə yaxın olduğunu qarşıdakı günlərdə görəcəyik. Hələlik isə onu deyə bilərik ki, “Aqrolizinq” ASC-nin  bir neçə “Aqroservis” filialının müdirinin həbs olunması, bir neçəsinin işinin istintaqda olması bu xəmirin hələ çox su aparacağından xəbər verir.

Prezident Administrasiyasının Dövlət Nəzarət Şöbəsinin Azərbaycanda aqrar sektorda baş alıb gedən korrupsiya barədə sensasion faktlarla dolu hesabatının ictimailəşməsi, bu faktların məlum olması hələ o zaman belə qənaət yaradırdı ki, Əli Bayramov “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri postunda çox qala bilməyəcək. Onun may ayının 21-də vəsifəsindən çıxarılması da bu rəyi təsdiqlədi. Əl Bayramov ölkəni tərk etsə də, məsuliyyətdən tam yayına bilməyəcək. Həbsdə olan və tezliklə istintaqa cəlb olunması gözlənilən filial müdirlərinin “Aqrolizinq” ASC-nin sabiq sədrinə qarşı şok məlumatlar verəcəkləri gözlənilir. Ümumiyyətlə, “xeberinfo.com”a daxil olan məlumata görə tezliklə “Aqrolizinq” ASC-də dövlət əmlakının talançılığının səviyyəsini əks etdirən yeni məlumatların üzə çıxacağı gözlənilir. “Aqrolizinq” ASC-nin filial müdirləri ilə yanaşı Səhmdar Cəmiyyətlə bağlılığı olan bir neçə şirkət rəhbərinin də istintaqa cəlb olunma ehtimalı var. Bununla bağlı redaksiyamıza sızan məlumata görə, hal-hazırda Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığı ilə “Aqrolizinq” ASC-nin bəzi şirkətlərlə iş birliyi araşdırılır. İlkin məlumatlara görə “Aqrolizinq” ASC-nin sifarişi ilə həyata keçirilən işlərin, alınan malların qiymətinin şişirdilməsi faktı üzə çıxıb.

 

    Bununla bağlı aldığımız məlumatı dəqiqləşdirməyə çalışırıq və araşdırmamızı yekunlaşdırıb, geniş yazı hazırlayacağıq.

 

 

 

      Sabir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam